Ulu öndər Heydər Əliyev ideyaları əbədidir
11.12.2013 [09:22]
YAP Qubadlı rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı tədbir keçirib
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədir Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatında tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev Ulu öndər Heydər Əliyevin Azərbaycanın tərəqqisi naminə həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verib. Ulu öndərin dövlət quruculuğu, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi qlobal miqyaslı tədbirlər ölkəmizin beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin edib.
Müstəqil Azərbaycanın memarı olan Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan YAP Qubadlı rayon təşkilatının sədri bildirib ki, Ümummilli liderin işıqlı ideyaları Azərbaycan Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə uğurla həyata keçirilir. Dünyanın inkişaf etmiş ölkələrini sarsıdan maliyyə və iqtisadi böhranlar fonunda Azərbaycanda son 10 ildə əldə edilən dinamik inkişaf xalqımız tərəfindən müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən və müdrik strategiyasından qaynaqlanan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bacarıq və qətiyyətlə, yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirilən daxili və xarici siyasətin nəticəsi kimi minnətdarlıqla dəyərləndirilir. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən ölkəmiz etibarlı tərəfdaş, müstəqil siyasət yeridən dövlət kimi söz sahibinə çevrilmişdir. Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa oyunlarına ev sahibliyi etmək üçün respublikamızın seçilməsi də bu nüfuz və etimadın nəticəsidir.
A.Haxverdiyev bildirib ki, Qubadlı rayonunun əhalisi hər zaman Ulu öndər Heydər Əliyev siyasətinə sadiqlik nümayiş etdirib: “İnanırıq ki, məhz bu siyasət nəticəsində Azərbaycanın ən ümdə problemi olan Dağlıq Qarabağ münaqişəsi həll ediləcək, torpaqlarımız işğaldan azad ediləcəkdir”.
Daha sonra YAP Qubadlı rayon təşkilatının sədr müavini Əli Ələsgərov, ərazi ilk partiya təşkilatının sədri Kamil Əhmədov, Dəmirçilər kənd ərazi ilk partiya təşkilatının sədri Əyyub Bədəlov və digərləri çıxış edərək Ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında danışıblar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23

