Azərbaycan – Avropa İttifaqı əməkdaşlığının davamlı inkişafı
13.03.2026 [21:33]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta 11 mart 2026-cı il tarixdə birgə mətbuat bəyanatı ilə çıxış etmiş və Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın mövcud vəziyyəti, gələcək perspektivləri, enerji təhlükəsizliyi, iqtisadi əlaqələr və regionda sülh məsələləri barədə fikirlərini bölüşmüş, tərəflər arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdiyini bildirmişlər.
Ölkə başçısı vurğulamışdır ki, Azərbaycan və Avropa İttifaqı hazırda müxtəlif səviyyələrdə fəal tərəfdaşlıq mərhələsindədir. Son illər ərzində tərəflər arasında siyasi dialoq daha da intensivləşmiş, Avropa Komissiyasının nümayəndələri Azərbaycana bir neçə dəfə səfər etmişlər.
Statistik göstəricilərə görə, 2026-cı ilin yanvar ayında Azərbaycanın ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqı ilə həyata keçirilmişdir. Bu isə Avropa İttifaqının Azərbaycan üçün ən böyük ticarət tərəfdaşı olduğunu göstərir. Prezident qeyd etmişdir ki, yaxın gələcəkdə yeni layihələr və investisiya imkanları nəticəsində ticarət əlaqələri daha da genişlənəcək və qarşılıqlı sərmayələr artacaq. Hazırda iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf edir.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri enerji sahəsidir. 2022-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənəd imzalanmışdır. Bu sənəd tərəflər arasında enerji əməkdaşlığının yeni yüksək mərhələyə çatdığını göstərmişdir.
İndi Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan təbii qaz alır, ümumilikdə isə 16 ölkə Azərbaycan qazı ilə təmin olunur. Bu göstərici Azərbaycanın dünya miqyasında boru kəməri vasitəsilə qaz ixrac edən əsas ölkələrdən biri olduğunu göstərir. Azərbaycan qazı bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rol oynayır.
Dövlət başçısı İlham Əliyev bildirmişdir ki, yaxın illərdə Azərbaycanın qaz hasilatı daha da artacaq. Yeni yataqların istismara verilməsi nəticəsində növbəti iki-üç il ərzində əlavə 10 milyard kubmetr qaz hasil olunması planlaşdırılır.
Enerji sahəsində əməkdaşlığın digər mühüm istiqaməti bərpaolunan enerji sahəsidir. Azərbaycan külək, Günəş və su elektrik enerjisi layihələrinə böyük investisiyalar yatırır. Ölkədə ilin 300-dən çox günü günəşli olduğundan Günəş enerjisi üçün böyük potensial mövcuddur. Həmçinin, külək enerjisi də geniş inkişaf imkanları yaradır.
Bildirilmişdir ki, yaxın 5–6 il ərzində Azərbaycan 6–8 giqavat gücündə bərpaolunan enerji istehsal edərək onu ixrac etməyə hazır olacaq. Bu məqsədlə Avropa tərəfdaşları ilə birlikdə yeni elektrik ötürücü xətləri, dəniz dibi kabelləri və enerji infrastrukturu layihələri üzərində iş aparılır.
Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Ermənistan ilə paraflanmış sülh sazişindən sonra regionda yeni imkanlar yaranmışdır. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, ölkə yalnız son yeddi ay ərzində sülh şəraitində yaşayır.
Azərbaycan artıq Ermənistanla iqtisadi əlaqələrin qurulması istiqamətində addımlar atmağa başlamışdır. Belə ki, Ermənistana bəzi mühüm neft məhsullarının təchizatına başlanmış və digər ölkələrdən Ermənistan istiqamətinə Azərbaycan ərazisi vasitəsilə gedən yüklərin tranzitinə qoyulan məhdudiyyətlər aradan qaldırılmış və bu sahədə müvafiq işlər aparılmışdır.
Ölkə başçısı bildirmişdir ki, sülhün möhkəmlənməsi üçün hər iki tərəf siyasi iradə və sülhə sadiqlik nümayiş etdirməlidir. Onun sözlərinə görə, sülh dövlətlər və xalqlar arasında barışığın ən mühüm göstəricisidir və regionun gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır.
Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq siyasi, iqtisadi və enerji sahələrində davamlı şəkildə inkişaf edir. Enerji təhlükəsizliyi, bərpaolunan enerji layihələri, ticarət əlaqələrinin genişlənməsi və regionda sülhün möhkəmləndirilməsi bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, tərəflər arasında dialoq və qarşılıqlı əməkdaşlıq gələcəkdə daha geniş imkanların yaranmasına şərait yaradacaq.
Hüseyn Şəkərəliyev
YAP Culfa rayon təşkilatının veteranı
Xəbər lenti
Hamısına baxİdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04

