Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir
13.03.2026 [21:08]
2026-cı il martın 11-də Bakıda keçirilən görüş və birgə mətbuat konfransı zamanı Prezident İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti António Costa Azərbaycan ilə Avropa institutları arasında əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüblər. Dövlət başçısının çıxışında xüsusilə Azərbaycan ilə Avropa qurumları arasında siyasi dialoqun inkişafı və regionda yaranmış yeni reallıqlar diqqət mərkəzində olub.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Avropa strukturları arasında münasibətlər müxtəlif istiqamətlər üzrə inkişaf edir. Onun sözlərinə görə, siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri tərəflər arasında əsas gündəm mövzularından biridir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avropa ilə tərəfdaşlığa böyük önəm verir və bu münasibətlər qarşılıqlı hörmət və maraqlar əsasında inkişaf etdirilir.
Mətbuat konfransı zamanı Prezident İlham Əliyev regionda formalaşan yeni geosiyasi vəziyyətə də toxunaraq diqqətə çatdırıb ki, uzun illər davam edən münaqişə dövründən sonra bölgədə yeni mərhələ başlayıb. Dövlət başçısı bu barədə belə deyib: “Cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq.” Onun sözlərinə görə, bu dövr region üçün mühüm dəyişikliklərin başlanğıcıdır və dayanıqlı sülhün qurulması üçün real imkanlar yaradıb.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın əsas məqsədi regionda sabitliyin möhkəmləndirilməsi və uzunmüddətli sülhün təmin edilməsidir. Dövlət başçısı bildirib ki, bu proses yalnız region ölkələri üçün deyil, həm də Avropa üçün böyük əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqazda sabitlik nəqliyyat layihələrinin, iqtisadi əməkdaşlığın və enerji təhlükəsizliyinin inkişafına müsbət təsir göstərir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropa ilə enerji və nəqliyyat sahəsində əməkdaşlığının da genişləndiyini qeyd edib. O bildirib ki, ölkə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və bu istiqamətdə tərəfdaşlıq gələcəkdə də davam edəcək. Dövlətimizin başçısı həmçinin vurğulayıb ki, Azərbaycan yalnız enerji resursları ilə deyil, eyni zamanda yeni nəqliyyat və logistika layihələri ilə də Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayır.
Mətbuat konfransı zamanı aparılan müzakirələr göstərir ki, Azərbaycan ilə Avropa strukturları arasında dialoq yeni mərhələyə daxil olur. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər regionda sülhün möhkəmləndirilməsi və Azərbaycan-Avropa münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm mesajlar kimi qiymətləndirilir.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

