Şanlı ordumuzun Zəfər qalibiyyəti nəticəsində Xocalı soyqırımı qurbanlarının qisası alınıb
26.02.2026 [23:22]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
26 fevral – Xocalı soyqırımı günü Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmış faciənin anım tarixidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermis bu hadisələr bütövlükdə azərbaycanlılara qarşı yönəlmiş sistemli zorakılıq aktıdır. Xocalı soyqırımı XX əsrin sonlarında baş verməsinə baxmayaraq, miqyasına və qəddarlığına görə insanlıq tarixinin ən ağır cinayətlərindən biri kimi dəyərləndirilir.
Ulu Öndər Heydər Əliyev siyasi iradəsi nəticəsində 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etmiş, 1997-ci il 25 fevral tarixli Sərəncamla isə hər il fevralın 26-sı saat 17:00-da soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilmişdir. Bu addımlar faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsinin və tarixi həqiqətin qorunmasının bariz nümunəsi olmuşdur.
1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib. Hücum əvvəlcədən hazırlanmış hərbi plan əsasında həyata keçirilmiş, şəhər ağır artilleriya atəşinə tutulmuş, mülki əhali hədəfə alınmışdır. Beynəlxalq humanitar hüququn norma və prinsipləri, xüsusilə müharibə zamanı mülki əhalinin qorunmasını nəzərdə tutan müddəalar kobud şəkildə pozulmuşdur.
Şəhəri tərk etməyə məcbur qalan insanlar qarlı və sərt hava şəraitində təhlükəsiz əraziyə çatmağa çalışarkən pusquya salınmışdır. Naxçıvanlı və Pircamal kəndləri istiqamətində hərəkət edən dinc sakinlər atəşə tutulmuş, bir çoxu yerindəcə qətlə yetirilmiş, digərləri isə əsir götürülmüşdür. Rəsmi məlumatlara əsasən, 613 nəfər öldürülmüş, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmuşdur. 150 nəfərin taleyi isə bu günədək naməlum qalır. Səkkiz ailə tamamilə məhv edilmiş, onlarla insan xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Bu faktlar hadisənin təsadüfi toqquşma deyil, sistemli və məqsədli zorakılıq aktı olduğunu göstərir.
İşğal nəticəsində Xocalı şəhəri tamamilə dağıdılmış, minlərlə yaşayış evi, sosial obyektlər, məktəblər, mədəniyyət ocaqları və tarixi abidələr məhv edilmişdir. XIV–XV əsrlərə aid maddi-mədəni irs nümunələrinin dağıdılması isə təkcə insanlara qarşı deyil, həm də mədəni yaddaşa qarşı yönəlmiş vandalizm aktıdır.
“Soyqırımı” termini BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə hüquqi məzmun qazanmışdır. Konvensiyaya əsasən, milli, etnik, irqi və ya dini qrupu tam və ya qismən məhv etmək niyyəti ilə törədilən əməllər soyqırımı hesab olunur. Azərbaycanda aparılmış istintaq materialları göstərir ki, Xocalıda törədilmiş cinayətlər soyqırımının əsas elementlərini özündə ehtiva edir
Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl diplomatik və informasiya siyasəti həyata keçirilmişdir. Bir sıra dövlətlərin parlamentləri Xocalı hadisələrini tanımış və ya pisləyən qətnamələr qəbul etmişdir. ABŞ-ın bir çox ştatlarında da analoji sənədlər təsdiqlənmişdir. 2012-ci ildə Cibutidə keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının sessiyasında Xocalıda törədilmiş cinayətlər soyqırımı kimi tanınmışdır.
2008-ci ildə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdir. Kampaniyanın təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olmuşdur. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə konfranslar, sərgilər, sosial media aksiyaları və maarifləndirici tədbirlər keçirilmiş, yüz minlərlə insan bu təşəbbüsə qoşulmuşdur. Kampaniyanın məqsədi soyqırımı qurbanlarının xatirəsini yaşatmaq, beynəlxalq hüquqi-siyasi qiymətin verilməsinə nail olmaq və gələcək nəsillərin bu faciəni unutmamasını təmin etməkdir.
2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində uzun illər işğal altında qalan torpaqlar azad edilmiş, yeni reallıq yaranmışdır. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi təmin olunmuş, Xocalı şəhərində Dövlət Bayrağı ucaldılmışdır.
Hazırda Xocalı şəhəri və kəndlərində bərpa-quruculuq işləri aparılır, infrastruktur yenidən qurulur, sosial obyektlər istifadəyə verilir. 2026-cı ilin yanvar ayına olan məlumata görə, yüzlərlə ailə doğma torpaqlarına qayıtmışdır.
Xocalı soyqırımı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Bu faciə heç vaxt unudulmayacaq. Regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün yaranmış imkanlar gələcəyə ümidlə baxmağa əsas verir.
Xəbər lenti
Hamısına baxMüsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32

