/ / YAP Yevlax rayon təşkilatında partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib
YAP Yevlax rayon təşkilatında partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib
22.11.2013 [09:23]
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatında partiyanın yaranmasının 21-ci ildönümü münsibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə gül dəstələri düzüb, Onun əziz xatirəsini yad ediblər.
YAP Yevlax rayon təşkilatının qərargahında davam edən tədbiri giriş sözü ilə rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev açaraq partiyanın keçdiyi yoldan, respublikamızın ictimai-siyasi həyatında oynadığı roldan, Ümummilli lider Heydər Əliyevin partiyanın formalaşmasında, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, ölkənin sosial-iqtisadi tərəqqisində xidmətlərindən danışıb.
Əli Quliyev onu da deyib ki, 1993-cü ildə təsis edilən YAP Yevlax rayon təşkilatının tərkibində bu gün 7810 nəfər partiya üzvü birləşib ki, onların 4120 nəfərini qadınlar 2300 nəfərini gənclər təşkil edir.
Sonra çıxış edən YAP Yevlax rayon təşkilatinin sədr müavinləri Vahid Quliyev, Zərifə Məmmədova, İdarə Heyətinin üzvü Müstəqim Məmmədov ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin ağır vəziyyətindən, belə bir dövrdə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından danışıb, YAP-ın ötən 21 il ərzində keçdiyi uğurlu yola nəzər salıblar.
Sonda çıxış edən YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova deyib ki, Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal rol oynayan YAP-ın yaranması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ulu öndər Heydər Əliyevin sonralar qeyd etdiyi kimi, “Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələbinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır”.
Əminə Əhmədova onu da əlavə edib ki, 9 oktyabrda keçirilən prezident seçkiləri bir daha sübut etdi ki, ölkəmizdə Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək siyasi qüvvə, siyasi partiya yoxdur.
Sonda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib. Rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP üzvlərinə isə Fəxri fərman və qiymətli hədiyyələr verilib.
Xəbər lenti
Hamısına baxSosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17

