Mökəm təməl üzərində qurulan strateji tərəfdaşlıq
19.02.2026 [14:33]
Cari ilin fevral ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiya Respublikasına həyata keçirdiyi səfər iki ölkə arasında strateji tərəfdaşlığın növbəti mühüm mərhələsi kimi qiymətləndirilir. Səfər çərçivəsində aparılan görüşlər, keçirilən müzakirələr və imzalanan sənədlər Azərbaycan–Serbiya münasibətlərinin siyasi, iqtisadi və enerji sahələrində daha da dərinləşdiyini nümayiş etdirmiş, bu əməkdaşlığın perspektivlərini aydın şəkildə ortaya qoymuşdur.
Cənab Prezident bəyanatında vurğulamışdır ki, Azərbaycan ilə Serbiya arasında münasibətlər qarşılıqlı hörmət, etimad və beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir ki, bu da siyasi dialoqun möhkəm təməl üzərində qurulduğunu göstərir. Ölkə başcısı qeyd etmişdir ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir və bir-birinin haqlı mövqeyini müdafiə edir.
Bəyanatda iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi yer ayrılmışdır. Son illər ticarət dövriyyəsinin artması, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı sərmayə imkanlarının genişlənməsi münasibətlərin praktiki müstəvidə inkişaf etdiyini göstərir. Möhtərəm Prezident bildirmişdir ki, iqtisadiyyatın müxtəlif sahələrində – sənaye, kənd təsərrüfatı, nəqliyyat və infrastruktur istiqamətlərində əməkdaşlıq üçün geniş potensial mövcuddur. Bu baxımdan hökumətlərarası komissiyanın fəaliyyəti və biznes forumlarının təşkili xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti enerji sahəsində əməkdaşlığa da bəyanatda xüsusi yer ayırmışdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və Serbiya ilə bu sahədə tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilmişdir. Xüsusilə, qaz təchizatı və enerji layihələri çərçivəsində əməkdaşlığın artırılması məsələsi diqqət mərkəzində olmuşdur. Bu, həm regionda enerji şaxələndirilməsinə töhfə verir, həm də iki ölkə arasında strateji əlaqələri gücləndirir.
Bəyanatda həmçinin humanitar və mədəni əlaqələrin inkişafının vacibliyidə qeyd edilmişdir. Təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Tarixi dostluq ənənələrinə əsaslanan Azərbaycan–Serbiya münasibətləri qarşılıqlı səfərlər və birgə tədbirlər vasitəsilə daha da genişlənir.
Səfər zamanı aparılan danışıqlar nəticəsində bir sıra sənədlərin imzalanması tərəflərin gələcək əməkdaşlıq niyyətini bir daha təsdiqləmişdir. Cənab İlham Əliyevin bəyanatı göstərdi ki, Azərbaycan Serbiya ilə əlaqələrin inkişafına böyük önəm verir və bu münasibətləri uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsində görür.
Nəticə etibarilə, fevralın 15-də Serbiya Respublikasına həyata keçirilən səfər və səsləndirilən bəyanat iki ölkə arasında mövcud əlaqələrin möhkəm təməl üzərində qurulduğunu və gələcəkdə daha da genişlənəcəyini nümayiş etdirmişdir.
Bu səfər Azərbaycan–Serbiya münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

