Cənubi Qafqazda sülh modeli beynəlxalq dəyər alır
05.02.2026 [18:40]
Anar Abbasov
YAP Nərimanov rayon təşkilatının sədr müavini
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən elan edilən 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qalibləri arasında Azərbaycan Prezidenti İlham Əliyevin də yer alması Azərbaycanın siyasi tarixinə qızıl hərflərlə həkk olunacaq bir hadisədir. Çünki Azərbaycan prezidenti öz fenomenal təfəkkürü, iti manevrləri, ən əsası, sülhsevər missiyası ilə bu mükafatı ölkəmizə gətirir.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Münsiflər Komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlamın vurğuladığı kimi, komitə Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsinə xüsusi önəm verib.
Bir sözlə, cənab prezident bu mötəbər mükafata sülhpərvər və möhtəşəm sülh quruculuğu xidmətlərinə görə layiq görülüb.
Ölkəmizin başçısı təkcə 35 il davam edən münaqişəyə son qoymayıb, eyni zamanda, ermənilərin və onların 200 illik mənfur planının üzərindən xətt çəkib. Prezident Əliyev üç onillik ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyduğuna, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına nail olduğuna görə bu ali mükafatla təltif olunub.
Cənab prezidentin diqtə və qətiyyəti ilə Güney Qafqaza sülh gəldi. Ölkə başçısının qətiyyəti, iradəsi və ustalığı Nikol Paşinyanı və onun ölkəsini sülhə istiqamətləndirdi. Yəni, otuz ildən sonra erməni xalqına və Ermənistana sülhü məhz prezident İlham Əliyev hədiyyə etdi. Bir sözlə, Paşinyanın qazandığı mükafatın da əsas pay və imza sahibi Azərbaycan dövləti və onun prezidenti, xalqımızın sülhsevər missiyasıdır!
Bu o deməkdir ki, Azərbaycanın irəlilətdiyi sülh inşası prosesi Ermənistan üçün də nicat qapılarını açdı. Bu, Azərbaycan prezidentin bütün dünyanın cavab tapmağa çalışdığı "qısa müddətdə sülhü necə tapmaq olar?" - sualına əyani, ən əsası, tutarlı cavabdır.
Cənab prezidentin razılığı ilə son yarım ildə Qazaxıstan və Rusiyadan Azərbaycan üzərindən bu ölkəyə logistik axının başlanması, digər ölkələrlə inteqtrasiyanın qurulması, eləcə də Azərbaycanın özünün Ermənistana yanacaq satması bölgədə etimad habının əsasını qoydu, uzunömürlü sülhə inamı gücləndirdi.
Bütün bu faktorlar və digər mühüm amillər Prezident İlham Əliyevin layiqincə başa çatdırdığı mötəbər sülh və humanitar quruculuq missiyasının müasir dünya siyasi salnaməsində öz tarixi dəyərini aldığını təsdiqləyir.
Beləliklə, bu tarixi gerçəkliyi dəyərləndirən Şeyx Zayed Fondunun layiq gördüyü “Zayed İnsan Qardaşlığı Mükafatı”nın cənab Prezidentə verilməsi də yuxarıda vurğuladığımız ardıcıl və davamlı missiyanın tərənnümü və təcəssümüdür.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

