Müstəqil Azərbaycanın dövlət quruculuğunda gənclərin rolu
02.02.2026 [19:05]
Azərbaycan xalqının dövlətçilik ənənələri hələ çox qədim dövrlərdən formalaşaraq zamanın sınaqlarından uğurla çıxmış və bu günədək mövcudluğunu qoruyub saxlamışdır. Bu gün müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu əsas dayaqlardan biri də, heç şübhəsiz, Azərbaycan gəncliyidir.
Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri vardır. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutmuşdur. Hələ ötən əsrin 70–80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir.
Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını son dərəcə vacib hesab edərək bildirirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır.”
Ümummilli liderin 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışı ilə dövlət gənclər siyasətinin formalaşması daha çoxşaxəli və konseptual xarakter almağa başladı. 1994-cü ildə dövlət gənclər siyasətinin həyata keçirilməsi və müxtəlif gənclər təşkilatları arasında mərkəzləşdirilmiş koordinasiyanın təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyi yaradıldı.
Azərbaycan gənclər ölkəsidir. Gənclərə diqqət və qayğı ulu öndər Heydər Əliyevin həm sovet, həm də müstəqillik dövründə həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biri olmuşdur. Dahi şəxsiyyət vurğulayırdı ki, cəmiyyətin gələcək tərəqqisi bu gün gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən proseslərdən xəbərdar olmalı, əldə etdikləri bilik və bacarıqları xalqına və dövlətinə xidmətə yönəltməlidirlər.
Ulu öndər xüsusi olaraq qeyd edirdi ki, Azərbaycan gəncləri sağlam düşüncəli və vətənpərvər gənclərdir. Gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşmələrinə güclü stimul verdi.
Bu baxımdan, ulu öndərin təşəbbüsü və birbaşa iştirakı ilə keçirilən gənclər forumları gəncliklə bağlı strategiyanın ilk böyük təntənəsi kimi dəyərləndirilir. 1997-ci ildə Heydər Əliyevin sərəncamına əsasən I Azərbaycan Gənclər Forumu keçirildi və 2 fevral tarixi Azərbaycan Gəncləri Günü elan olundu. Bu addım bir daha təsdiq etdi ki, gənclər siyasəti dövlət siyasətində əsas yer tutur. Ardınca 1999, 2003, 2005, 2008 və 2011-ci illərdə keçirilən Azərbaycan Gənclər Forumları gənclərin fəaliyyətində mühüm dönüş yaradaraq onların imkan və fəaliyyət istiqamətlərini daha da genişləndirdi.
1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” fərmanlar imzalandı. Gənclərlə bağlı digər mühüm sənəd isə 2002-ci ilin aprelində qəbul edilmiş “Gənclər siyasəti haqqında” qanundur. Bu qanunda gənclər siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində gənclərin iştirakı, gənclər təşkilatlarına dövlət yardımı, gənc ailələrə dəstək, gənclərin məşğulluğunun təmin edilməsi, sağlamlığının qorunması, istedadlı gənclərə dövlət qayğısı, onların mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı kimi mühüm müddəalar öz əksini tapmışdır. Bu sənəd Azərbaycan Respublikasında gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini müəyyən edir.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Tarixi missiyanı yerinə yetirən qəhrəman gənclərimiz tarix, xalq və Vətən qarşısında misilsiz xidmətlər göstərdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar.
Onların qəhrəmanlığı sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən Azərbaycan gəncləri bu tarixi qələbəni xalqımıza bəxş etdilər. Vətən müharibəsində iştirak etmiş hər bir igid və qəhrəman gəncə Azərbaycan xalqı sonsuz minnətdardır.
Azərbaycan gəncləri hər zaman Vətənə böyük sevgiləri, mənsub olduqları xalqa dərin sədaqətləri ilə seçilmişlər. Müstəqillik tariximizin ən şanlı səhifələri məhz gənclərin adı ilə bağlıdır.
Arif Qasımov
YAP Sədərək rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47

