/ / Şəmkir rayonunda “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib
Şəmkir rayonunda “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib
19.01.2026 [17:16]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirildi.
Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbi ərazi partiya təşkilatında keçirilən tədbirdə, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısının müavinləri Süleyman Zeynallı, Aynur Abdullayeva Şəmkir Təhsil Sektorunun müdiri Elşən Ələsgərov, YAP Şəmkir rayon təşkilatının və Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Şəmkir rayon təşkilatının ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak etdilər.
Tədbirin rəsmi hissəsindən öncə tədbir iştirakçıları “20 Yanvar faciəsi məktəblilərin gözündə” adlı sərgiyə baxış keçiriblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən və 20 Yanvar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı 20 Yanvar facisəindən artıq 36 il ötür. 36 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür. Həmin gün müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. F.Vəliyev bildirib ki, Azərbaycana qarşı soyqırımı həyata keçirmiş Sovet rejiminə qarşı ən kəskin bəyənatı həmin ilin yanvar ayının 21-də Ulu Öndər Heydər Əliyev tərəfindən Moskvada Azərbaycanın daimi nümayəndəliyində mətbuat konfransı keçirərək verdi.
Sonra çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısının müavini Süleyman Zeynallı, Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin müəllimi Müsənbər Kazımova və digər partiya fəalları qeyd ediblər ki, 20 Yanvar faciəsinə ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də bu məsələni geniş müzakirə edərək qanlı hadisəyə siyasi-hüquqi qiymət verilib. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra onun təşəbbüsü ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.
Sonda qeyd olunub ki, Azərbaycan xalqı 20 yanvar faciəsinin qurbanlarını unutmur.
Tədbirdə Şəmkir rayon 7 illik Uşaq Musiqi məktəbinin təqdimatında bədii hissə nümayiş olunub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45

