Qarşılıqlı etimad və strateji tərəfdaşlıq
10.12.2025 [15:11]
Dekabrın 8-də Bratislavada Azərbaycan Prezidenti cənab İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini mətbuata bəyanatla çıxış etdilər. Bu bəyanatda səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan-Slovakiya münasibətləri davamlı olaraq yüksələn xətlə inkişaf edir. Slovakiya Prezidentinin Azərbaycan xalqını Ermənistanla sülh müqaviləsinin paraflanması münasibətilə təbrik etməsi, bu prosesin Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutmasını vurğulaması, Avropa dövlətlərinin Azərbaycanda bərqərar olan yeni reallıqları etiraf etdiyini açıq şəkildə göstərir. Dost ölkə rəhbərinin “Azərbaycan bu gün sülh şəraitində yaşayır və diqqətini postmüharibə dövrünün quruculuğuna yönəldib” fikri ölkəmizin regionda sabitlik və inkişaf modelinə çevrildiyinin Avropa miqyasında təsdiqidir. Bu, həm də beynəlxalq arenada Azərbaycanın mövqelərinin möhkəmləndiyini sübut edir. Sülhdən sonra bərpa prosesinə, reinteqrasiya siyasətinə və yeni iqtisadi mərhələyə keçid Azərbaycanın uzun illər davam edən mübarizəsinin strateji nəticəsidir. Slovakiya rəhbərliyinin bu dəyişiklikləri yüksək qiymətləndirməsi, əslində, iki ölkə arasında formalaşan qarşılıqlı etimadın nə qədər səmimi və dayanıqlı olduğunun göstəricisidir.
Cənab Prezident İlham Əliyevin öz bəyanatında səsləndirdiyi məqamlar isə bu dostluğun təkcə diplomatik sözlərə deyil, real siyasi və strateji təmələ söykəndiyini nümayiş etdirir. Dövlət başçısının Qələbənin beşinci ildönümündə Slovakiyanın yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycanda iştirakına xüsusi təşəkkür etməsi, Bratislavanın Bakıya verdiyi siyasi dəstəyin simvolik deyil, həm də məzmunlu olduğunu ortaya qoyur. Bu kimi jestlər dostluğun mahiyyətini daha da gücləndirir və qarşıdakı illərdə əməkdaşlığın hər sahədə dərinləşməsi üçün möhkəm zəmin yaradır. Digər tərəfdən, cənab Prezident İlham Əliyevin Slovakiyanın sabit inkişafını, güclü sənaye potensialını və ən əsası, müstəqil xarici siyasət yürütməsini yüksək qiymətləndirməsi bu ölkəyə Azərbaycanın xüsusi hörmətini əks etdirir. Cənab Prezidentin “bəzən çətinliklərə baxmayaraq Slovakiya öz yolundan dönmür” fikri isə Avropada suveren mövqe nümayiş etdirən dövlətlərin etibarlı tərəfdaş kimi dəyərləndirildiyini göstərir. Məhz bu qarşılıqlı etimad və siyasi uzlaşma fonunda Azərbaycan-Slovakiya əməkdaşlığı qarşıdakı dövrdə daha geniş miqyasda inkişaf edəcək, həm ikitərəfli münasibətlərə, həm də Avropa–Cənubi Qafqaz xəttində sabitlik və tərəfdaşlıq mühitinə yeni töhfələr verəcək.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06

