/ / Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş “Müasir Azərbaycan Respublikasının memarı” mövzusunda tədbir keçirilib
Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş “Müasir Azərbaycan Respublikasının memarı” mövzusunda tədbir keçirilib
08.12.2025 [16:42]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Samux rayonunun İnstitut qəsəbəsində fəaliyyət göstərən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon 57 nömrəli tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş “Müasir Azərbaycan Respublikasının memarı” mövzusunda tədbir keçirib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru və Ərazi Partiya təşkilatının sədri Vüsal Xəlilov, şəhid ailəsinin üzvü Fatma Məmmədova və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə oynadığı müstəsna roldan, ölkəmizin inkişafı və xalqımızın təhlükəsizliyi naminə həyata keçirdiyi misilsiz xidmətlərdən danışıblar. Bildirilib ki, əgər Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasaydı, Azərbaycan dövlətçiliyi ciddi təhlükə ilə üz-üzə qalacaq, ölkədə parçalanma riski daha da dərinləşəcəkdi. Məhz Heydər Əliyevin qətiyyətli siyasi iradəsi nəticəsində dövlətimiz xaosdan xilas edilmiş, sabitliyin və davamlı inkişafın əsası qoyulmuşdur.
Çıxışlarda vurğulanıb ki, bu gün Ümummilli Liderin siyasi xətti onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın birliyi nəticəsində tarixi Zəfər qazanılmış, ölkəmizin suverenliyi tam bərpa olunmuşdur.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdış Proqramı mərhələli şəkildə və uğurla icra edilir. Bu proses regionun dirçəlişinə, sakinlərin öz doğma yurdlarına qayıdışına və Azərbaycanın daha da güclənməsinə xidmət edir.
Tədbir iştirakçıları qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də dövlət idarəçiliyimizin əsas dayağını təşkil edir və müasir Azərbaycanın strateji inkişaf xətti məhz bu məfkurə üzərində formalaşıb.
Sonda rayonun ictimai-siyasi həyatında və Partiyanın fəaliyyətində fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

