Kəlbəcər Azərbaycanın dirçəliş simvoludur
25.11.2025 [15:36]
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Həmin möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq. 2020-ci ilin 25 noyabr günü həm xalqımızın, həm də kəlbəcərlilərin yaddaşına əbədi həkk olunan bir gündür. Çünki noyabrın 25-i Kəlbəcərin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən artıq 2 il ötür. Həmin tarixi günü kəlbəcərlilər bu gün də fəxr və qürur hissi ilə xatırlayırlar. Çünki 27 il davam etmiş işğala son qoyulub. Artıq kəlbəcərlilər rayonun 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi günü deyil, azad olunduğu tarixi – 25 noyabrı qeyd edirlər. Uzun illər işğal altında qalmış bu torpaq indi yeni bir dirçəliş dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri də bu dirçəlişin dövlət səviyyəsində nə qədər əhatəli və planlı şəkildə həyata keçirildiyini göstərdi.
Əvvəlcə qeyd edək ki, Prezidentin Kəlbəcər rayonuna səfəri Böyük Qayıdış Proqramı çərçivəsində reallaşan növbəti addımlardan biri sayılmalıdır. Dövlət başçısı səfər çərçivəsində Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış oldu, bir sıra sosial, infrastruktur və iqtisadi layihələrin açılışında iştirak etdi, yeni yolların, körpülərin, elektrik və su təchizatı sistemlərinin istifadəyə verilməsi, həmçinin kəndlərin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırıldı. İlham Əliyev Kəlbəcərin zəngin təbiəti, strateji mövqeyi və böyük iqtisadi potensialının reallaşdırılması üçün dövlət tərəfindən bütün zəruri addımların atıldığını vurğuladı: “Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar”.
Əlbəttə ki, azad edilmiş torpaqlarda həyatın yenidən canlandırılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz və layiqli şəkildə öz yurdlarına qayıtmaları dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident Kəlbəcərin yaxın gələcəkdə Azərbaycanın turizm, kənd təsərrüfatı və enerji mərkəzlərindən birinə çevriləcəyini xüsusi qeyd etdi. Bu, sadəcə tikinti-quruculuq deyil, əslində Böyük Qayıdış proqramının reallığa çevrilməsi, doğma yurdlarından didərgin düşmüş insanların yeni həyatına verilmiş vəsiqədir. Prezidentin səfəri zamanı verdiyi mesajlar bir daha göstərdi ki, Azərbaycanın azad edilmiş hər qarış torpağına həyat geri dönəcək. Bu torpaqlara qayıdan hər bir insan təkcə evinə deyil, həm də gələcəyinə qayıdır. Kəlbəcərin turizm, kənd təsərrüfatı və enerji mərkəzinə çevrilməsi artıq uzaq perspektiv deyil, reallaşmaqda olan bir həqiqətdir.
Bütünlükdə İlham Əliyevin Kəlbəcərə səfəri Böyük Qayıdışın strateji mərhələsidir. Digər səfərlərində olduğu kimi, məhz bu səfərində də Azərbaycan Prezidenti təkcə bir rayonun gündəminə deyil, bütövlükdə ölkənin gələcək inkişaf xəritəsinə dair mühüm mesajlar verdi. İlham Əliyevin səfər zamanı verdiyi mesajlar bir daha təsdiqlədi ki, Kəlbəcərin gələcəyi yalnız bərpa ilə məhdudlaşmır. Bu bölgə turizm, kənd təsərrüfatı, alternativ enerji kimi sahələrdə Azərbaycanın aparıcı mərkəzlərindən birinə çevriləcək. Başqa sözlə, Kəlbəcər təkcə öz sakinlərinin deyil, bütün ölkənin inkişafında aparıcı rola malik olacaq.
Prezidentin Kəlbəcərə səfəri həm də siyasi məna daşıyırdı. Həmin gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dövlətin varlığı, gücü və gələcəyə inamı bir daha nümayiş etdirildi.
25 Noyabr – Kəlbəcər şəhər günü rayonun tarixi kimliyinin qorunması, mədəni irsinin təbliği, vətənpərvərlik hisslərinin gücləndirilməsi və Kəlbəcərin işğaldan azad edilməsindən sonra dirçəlişinin qeyd olunması baxımından mühüm bir gündür. Bu tarix həm də Kəlbəcərin gələcəyinə olan ümidin, bölgənin bərpasına göstərilən dövlət qayğısının və xalq sevgisinin rəmzidir. Kəlbəcər Azərbaycanın dağ ürəyidir. Onun yüksəklikləri, meşələri, çayları, tarix və təbiət abidələri bu rayonun əsl sərvətidir. 25 Noyabr – Kəlbəcər şəhəri günü isə bu bənzərsiz bölgəyə olan hörmət və sevginin təcəssümüdür.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30
Hadisə
26 Noyabr 12:28
Dünya
26 Noyabr 12:25
Siyasət
26 Noyabr 12:11
Siyasət
26 Noyabr 11:59
Siyasət
26 Noyabr 11:43
Dünya
26 Noyabr 11:38
Siyasət
26 Noyabr 11:37
Siyasət
26 Noyabr 11:15
İqtisadiyyat
26 Noyabr 10:58
İqtisadiyyat
26 Noyabr 10:36
Analitik
26 Noyabr 10:12
Siyasət
26 Noyabr 09:54
Ədəbiyyat
26 Noyabr 09:39
Analitik
26 Noyabr 09:25
Mədəniyyət
26 Noyabr 09:11
Yeni texnologiyalar
26 Noyabr 08:52
MEDİA
26 Noyabr 08:33
Gündəm
26 Noyabr 08:16
Siyasət
26 Noyabr 07:58
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:54
Sosial
26 Noyabr 07:16

