Dəyişməz ideyalar, yenilənən fəaliyyət
21.11.2025 [14:53]
Yeni Azərbaycan Partiyası artıq üç onillikdən çoxdur ki, Azərbaycan siyasi həyatının aparıcı qüvvəsi kimi ölkənin taleyində həlledici rol oynayır. Bu partiyanın siyasi ideologiyasının əsasında Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik məktəbi dayanır. O məktəbin prinsipləri — milli maraqlara sədaqət, xalqla birliyin qorunması, müstəqilliyin dönməzliyi və inkişafın təmin olunması bu gün də YAP-ın fəaliyyət istiqamətlərinin əsasını təşkil edir. Partiyanın formalaşdığı dövrdə qarşıya qoyulan məqsəd dövlətin bərpası və cəmiyyətin birliyinə nail olmaq idisə, bu gün YAP həmin tarixi missiyanı müasir çağırışlara uyğun şəkildə davam etdirir. Azərbaycan artıq bölgənin lider dövlətinə çevrilib və bu reallığın arxasında Yeni Azərbaycan Partiyasının strateji siyasi xətti dayanır.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə partiyanın fəaliyyəti yeni məzmun, yeni dinamika qazanıb. Dövlət başçısının modern idarəetmə modeli, çevik və islahat yönümlü siyasəti YAP-ın təşkilati və ideoloji strukturuna da öz təsirini göstərib. Partiya bu gün artıq yalnız siyasi idarəetmənin deyil, həm də vətəndaş cəmiyyətinin fəal iştirakçısına çevrilib. Onun gənclər təşkilatı və regional strukturları cəmiyyətin bütün sahələrinə inteqrasiya olunaraq, xalqla hakimiyyət arasında möhkəm bağlantı yaradır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi, sosial və humanitar proqramların icrasında YAP üzvləri təşəbbüskarlıq və məsuliyyət nümayiş etdirirlər. Bu da partiyanın xalq arasında etimadını daha da gücləndirir, onun siyasətə milli dayaq kimi baxılmasını təmin edir.
Yeni Azərbaycan Partiyasının bugünkü fəaliyyəti bir daha sübut edir ki, o, yalnız keçmişin siyasi təcrübəsini deyil, həm də gələcəyin inkişaf istiqamətlərini müəyyənləşdirən strateji qüvvədir. YAP dövlətin modernləşməsi prosesinin aparıcı hərəkətverici qüvvəsidir. Rəqəmsal idarəetmənin tətbiqi, regionların bərpası, “Böyük Qayıdış” proqramının icrası kimi mühüm layihələrdə partiya fəalları ön sıralardadır. Bu, Ulu Öndərin ideyalarının müasir dövrdə yaşayaraq yeni məzmunla zənginləşdiyini göstərir.
“Güclü lider, güclü dövlət, güclü partiya” konsepsiyası Yeni Azərbaycan Partiyasının fəaliyyət fəlsəfəsinin təməl daşıdır. Birmənalı olaraq deyə bilərik ki, bu gün Yeni Azərbaycan Partiyası milli həmrəyliyin, siyasi sabitliyin və inkişafın rəmzidir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23

