Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü qeyd olunub
20.11.2025 [16:16]
Noyabrın 20-də Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü münasibətilə Daşkəsən rayonunda toplantı keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev və rayonun çoxsaylı partiya fəalları iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, gül dəstələri düzülüb. Həmçinin Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirilib.
YAP Daşkəsən rayon təşkilatında davam edən partiya fəallarının ümumrayon toplantısı Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqi ilə çıxış edib. Başda möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev və Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini hörmətli Mehriban xanım Əliyeva olmaqla partiyanın bütün üzvlərini Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə təbrik edən icra başçısı Orxan Abbasov bildirib ki, müasir müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı böyük nailiyyətlər, həmçinin erməni işğalçıları üzərində əldə edilmiş mütləq tarixi Zəfər məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu gün biz Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyini dünyada öz sözünü deyən qalib bir dövlətdə qeyd edirik. Bu, hər bir azərbaycanlını qürurlandırır. Prezident cənab İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası Qafqazda ən güclü siyasi partiya olmaqla, Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir. Yarım milyondan artıq azərbaycanlını ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası əslində hər bir azərbaycanlının partiyasıdır.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev çıxışında diqqətə çatdırıb ki, YAP Daşkəsən rayon təşkilatı fəaliyyətini partiya rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsi üçün uğurla davam etdirir. Hazırda rayonumuzda YAP-a rəqib ola biləcək alternativ yoxdur. Bunun səbəbi daşkəsənlilərin Ümummilli Lider Heydər Əliyev siyasətinə daim göstərdikləri sədaqətdən və sevgidən irəli gəlir. Yeni Azərbaycan Partiyasının bütün uğurlarının və qələbələrinin arxasında xalqın Ulu Öndər Heydər Əliyev siyasətinə və onun layiqli davamçısı möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə olan sarsılmaz inamı və bu inamdan doğan dəstəyi dayanır.
Tədbirdə çıxış edən YAP veteranları Cavanşir Qocayev və Sahib Əhmədov, eləcə də partiya fəalları Rüfət Bədəlov və Nailə Məmmədova partiyanın 33 illik fəaliyyəti ərzində qazandığı möhtəşəm uğurların hər bir üzv üçün qürur mənbəyi olduğunu vurğulayıblar.
Sonra YAP rayon təşkilatının bir qrup veteran üzvünə qiymətli hədiyyələr təqdim olunub.
Partiya fəallarının ümumrayon yığıncağı Yeni Azərbaycan Partiyası himninin sədaları altında bayram əhvali-ruhiyyəsində başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23

