Strateji həmrəyliyin növbəti nümunəsi
19.11.2025 [16:52]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarovla birlikdə Ağdam şəhərinə səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi əhəmiyyət kəsb edən hadisələrdən biri kimi yadda qaldı. Bu səfər təkcə ikitərəfli əməkdaşlığın dinamikasını nümayiş etdirmədi, həm də Cənubi Qafqazda post-münaqişə dövrünün yeni regional reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırdı.
Ağdamda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri haqqında məlumat alan qonaq dövlət başçısına şəhərin baş planı təqdim olundu. Şəhərdə həyata keçirilən layihələr – müasir yaşayış məhəllələri, infrastruktur, sosial obyektlər, həmçinin “Zəfər” və “İşğal” muzeylərinin inşası – Azərbaycanın Qarabağda quruculuq prosesini ardıcıl və məqsədyönlü şəkildə apardığını göstərir. Bu layihələr həm tarixi yaddaşın qorunmasına, həm də regionun sosial-iqtisadi inkişafına xidmət edir.
Qırğızıstan Prezidentinin Ağdam səfəri türk dövlətləri arasında həmrəyliyin bariz nümunəsinə çevrildi. Sadır Japarovun işğaldan azad olunmuş ərazilərə səfəri Qırğızıstanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə daim verdiyi dəstəyin təsdiqidir. Bu səfər eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi üçün siyasi mesaj xarakteri daşıyır.
Ağdam Konfrans Mərkəzi ilə tanışlıq zamanı iki ölkə liderinə Qarabağın müxtəlif bölgələrində icra olunan layihələr barədə təqdim olunan video-material, bölgənin gələcək inkişaf perspektivlərini əks etdirdi. İnşası davam edən mədəniyyət, təhsil, turizm və biznes yönümlü obyektlər Qarabağı yaxın illərdə regionun mühüm iqtisadi və mədəni mərkəzlərindən birinə çevirməyi hədəfləyir.
Səfərin siyasi əhəmiyyəti bununla da məhdudlaşmır. Qırğızıstan Prezidentinin Ağdama səfəri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa prosesinə beynəlxalq dəstəyi artırmaqla yanaşı, bölgədə yeni iqtisadi əməkdaşlıq imkanlarını da gündəmə gətirir. İki ölkə arasında kənd təsərrüfatı, turizm, ticarət, logistika və investisiya sahələrində əməkdaşlığın genişlənməsi perspektivləri daha da real görünür.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

