Ağdam inkişaf və ümüd şəhəri kimi yeni dövrə qədəm qoyub
19.11.2025 [16:00]
20 Noyabr Azərbaycan tarixində xüsusi məna daşıyan günlərdən biridir. Bu tarix Ağdam şəhərinin işğaldan azad edilməsinin rəmzi olaraq qeyd olunur və Qarabağın dirçəliş salnaməsində mühüm mərhələ kimi yadda qalır.
Ağdam uzun illər boyu Azərbaycanın ən mühüm mədəni, iqtisadi və sosial mərkəzlərindən biri olub. Lakin 1993-cü ildə Ermənistan tərəfindən işğal edilməsi nəticəsində şəhər viran edilmiş, “Qafqazın Xirosiması” adlandırılacaq dərəcədə dağıntılara məruz qalmışdır. Bu amansızlıq təkcə maddi irsin deyil, həm də mənəvi dəyərlərin məhv edilməsi demək idi.
2020-ci il 10 noyabr üçtərəfli Bəyanatına əsasən Ağdam rayonunun işğaldan azad edilməsi Azərbaycanın tarixi ədalətinin bərpası baxımından dönüş nöqtəsi oldu. 20 noyabrda Azərbaycan Ordusu Ağdama daxil olaraq şəhərdə üçrəngli bayrağımızı dalğalandırdı. Həmin günün Ağdam Şəhəri Günü kimi qeyd olunması təkcə qələbənin deyil, həm də yenidənqurma, inkişaf və gələcəyə inamın rəmzi kimi yaddaşlara həkk edildi.
Ağdamın işğaldan azad olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinin, diplomatik çevikliyinin və güclü liderliyinin birbaşa nəticəsi oldu. 2020-ci ildə Ali Baş Komandan kimi ordunun hərbi uğurlarını siyasi masada da möhkəmləndirərək imzaladığı 10 noyabr Bəyanatı ilə Ağdam rayonunun bir güllə atmadan geri qaytarılmasına nail oldu. Cənab Prezident dəfələrlə vurğulayıb ki, bu nəticə həm ordumuzun qüdrətinə, həm də Azərbaycanın haqq səsinin beynəlxalq müstəvidə qətiyyətlə müdafiə olunmasına əsaslanır. Məhz bu siyasi iradə Ağdamın azadlığına gedən yolu açdı və onun sonrakı dirçəlişinin təməlini qoydu.
Bu gün Ağdam böyük bir bərpa və quruculuq mərhələsinə qədəm qoyub. Azərbaycan dövləti tərəfindən şəhərin Baş planı hazırlanmış, genişmiqyaslı infrastruktur layihələrinə start verilmiş, yollar, elektrik, su və kommunikasiya xətləri çəkilir. Keçmiş köçkünlərin doğma yurdlarına qayıtması üçün yeni yaşayış massivləri salınır. Şəhərin mədəni simvolu olan Ağdam Çörək Muzeyi, Dram Teatrı, İmarət kompleksi kimi abidələrin bərpası da planlaşdırılır. Bütün bunlar Ağdamın təkcə fiziki olaraq dirçəldilməsini deyil, həm də onun tarixi kimliyinin və ruhunun yenidən canlandırılmasını göstərir.
20 Noyabr həm də şəhidlərimizin və qazilərimizin əziz xatirəsinin anıldığı gündür. Azərbaycan xalqı Ağdamın azadlığı uğrunda canını fəda edən qəhrəman övladlarını böyük ehtiramla yad edir. Bu günün qeyd olunması gənc nəslə də Qarabağın əhəmiyyətini, torpaq sevgisini və vətənə bağlılığı aşılayır.
Bu tarixi gün Ağdamın artıq viranlıq simvolu deyil, dirçəliş, inkişaf və ümid şəhəri kimi yeni bir dövrə qədəm qoyduğunu təsdiqləyir. 20 Noyabr – Ağdam Şəhəri Günü bu dirçəlişin bayramıdır və Azərbaycanın tarixində yeni parlaq səhifənin başlanğıcını ifadə edir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20

