Şuşa şəhəri günü: xalqın birliyi və Qələbə əzminin təntənəsi
08.11.2025 [23:44]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Vətən müharibəsinin ilk günlərindən etibarən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətlə bildirirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Bu ifadə 44 gün davam edən müharibə ərzində xalqın qəlbində azadlıq inamını və Şuşaya qayıdış arzusunu daha da gücləndirdi. Rəşadətli Azərbaycan Ordusu hər gün, hər döyüşlə Şuşaya doğru irəliləyərək xalqın illərlə ürəyində daşıdığı ümidləri gerçəyə çevirdi. Nəhayət, 2020-ci il noyabrın 8-də bu arzu reallığa çevrildi, Şuşa azad edildi, xalqın həsrəti başa çatdı.
Şuşa əməliyyatı Azərbaycan Ordusunun hərbi məharətinin, milli ruhunun və sarsılmaz iradəsinin parlaq təcəssümüdür. Qəhrəman əsgər və zabitlərimiz sıldırım qayaları, dərin dərələri aşaraq, yolsuzluq şəraitində irəliləyərək şəhəri işğaldan azad etdilər. Dövlətimizin başçısı ata vəsiyyətini yerinə yetirərək milli tariximizin ən böyük Qələbəsinə imza atdı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciəti tarixi baxımdan əsl Zəfər anı idi: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Bu qələbəni biz döyüş meydanında qazandıq!”. Bu fikirlər xalqın yaddaşına əbədi həkk olundu. “Dəmir yumruq” əməliyyatı birliyin, qətiyyətin və milli iradənin təzahürünə çevrildi. Həmin birliyə söykənən güc sayəsində Azərbaycan həm də regionda yeni geosiyasi reallığın müəllifinə çevrildi.
2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatla azad edilmiş ərazilərdə yeni mərhələ başlasa da, bəzi məkrli qüvvələr Azərbaycanın suveren hüquqlarını bərpa etməyə qadir olmayacağını düşünürdülər. Lakin 2023-cü il sentyabrın 19–20-də keçirilən lokal antiterror əməliyyatı bu düşüncələri darmadağın etdi. Cəmi 23 saat 48 dəqiqə davam edən əməliyyat nəticəsində separatçılığa son qoyuldu, ölkəmizin dövlət suverenliyi tam bərpa olundu.
Uzun illər ayrılıqdan sonra xalq doğma Şuşaya qayıtdı. Azadlığa qovuşmuş şəhər yeni həyat nəfəsi ilə canlandı. Bu gün Şuşada aparılan bərpa və yenidənqurma işləri dövlətimizin gücünü, mədəniyyətə və tarixə göstərdiyi diqqəti nümayiş etdirir. “Zəfər Yolu”nun çəkilməsi, infrastrukturun bərpası, yeni yaşayış kompleksləri və turizm obyektlərinin tikintisi Şuşanın Qafqazın ən gözəl şəhərlərindən birinə çevrilməsini təmin edir.
Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Həmin ilin 31 mayında qəbul edilmiş “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanun isə bu qədim şəhərin qorunması və inkişafı üçün hüquqi əsas yaratdı. Daha sonra 2022-ci il “Şuşa İli”, 2023-cü il isə Türk dünyasının mədəniyyət paytaxtı kimi tarixə düşdü. 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı, 2026-cı il üçün isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan olunması Şuşanın beynəlxalq nüfuzunun göstəricisidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2024-cü ildə təsdiqlənmiş “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin gələcək inkişaf konsepsiyasını müəyyən edir. Bu sənədin əsas məqsədi tarixi simanı qorumaqla yanaşı, şəhəri müasir infrastrukturla təmin etməkdir. Plan çərçivəsində tarixi abidələrin bərpası, yaşıl zonaların genişləndirilməsi, ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi kimi tədbirlər nəzərdə tutulub.
İşğal dövründə Şuşanın tarixi-mədəni irsi ciddi zərər görmüşdü. Lakin azadlıqdan sonra aparılan məqsədyönlü işlər nəticəsində şəhər öz əvvəlki gözəlliyini bərpa edir. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin yenidən ucaldılması, “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotellərinin bərpası, yeni xəstəxana və konqres mərkəzinin açılması bu dirçəlişin göstəricisidir.
Bu gün Şuşa təkcə Azərbaycanın deyil, bütün türk və İslam dünyasının mədəniyyət mərkəzi kimi tanınır. 8 Noyabrın Şuşa şəhəri günü kimi qeyd olunması Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsinin parlaq nümunəsidir. Şuşa azadlığın, birliyin və milli dirçəlişin təcəssümünə çevrilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50

