AMEA dünya elminə sanballı töhfələr vermişdir
05.11.2025 [12:12]
Azərbaycan Milli Elmlər Akademiyası şərəfli yol keçərək yetişdirdiyi görkəmli şəxsiyyətlər, dəyərli elm xadimləri ilə Azərbaycan elminin uğurlu inkişafında əvəzsiz rol oynayıb. Bu elm ocağı, eyni zamanda, dünya elminə sanballı töhfələr verməklə Azərbaycanın şöhrətini ucaldıb.
Cari ilin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edən Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Akademiyanın keçdiyi böyük yola nəzər salaraq elmimizin inkişafında aparıcı rolunu yüksək dəyərləndirdi.
Azərbaycan müstəqillik qazandığı ilk illərində də elmimizə ağır zərbələr vuruldu, hətta AMEA-nın bağlanması təhlükəsi yaranmışdı. Milli dövlətçiliyimizin xilaskarı olan Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra yenidən elmə himayədarlıq bərpa edildi.
Ulu Öndərin Azərbaycan ictimaiyyəti ilə ilk görüşü də Milli Elmlər Akademiyasında oldu. Həmin dövrdə ağır iqtisadi və maliyyə çətinliyi yaşamasına baxmayaraq, ölkəmizin elminə, alimlərimizə maddi dəstək göstərildi. Bu, Azərbaycanın sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin roluna verilən yüksək dəyər, Heydər Əliyevin alimlərə bəslədiyi böyük ehtiramın nümunəsi idi.
Ulu Öndər Heydər Əliyev deyirdi ki, Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir. Onu qoruyub saxlamalıyıq.
Onun elmi dəyərlərə olan xüsusi diqqət və qayğısını layiqincə davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Milli Elmlər Akademiyasının hərtərəfli inkişafı üçün davamlı dəstək verir.
Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb və nəticədə Akademiyanın maddi-texniki bazası möhkəmləndirilib, islahatlar çərçivəsində idarəetmə strukturları optimallaşdırılıb, elmə aidiyyəti olmayan, Akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar oradan çıxarılıb. Yeni böyük elmi kitabxana, Milli Ensiklopediya üçün yeni bina inşa edilib, elmi-tədqiqat institutları təmir və avadanlıqlarla təchiz olunub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi sayəsində qazanılmış Zəfər, eyni zamanda, Azərbaycanı regionda yeni reallıqların müəllifinə çevirib və yeni bərpa-inkişaf prioritetləri meydana çıxıb. Bu prioritetlərin həyata keçirilməsində elmi ictimaiyyətin də üzərinə böyük məsuliyyət və vəzifələr düşür. Çünki qüdrətli dövlətin müasir milli inkişaf modelinin təməlində təbii resursların səmərəli istifadəsi sayəsində formalaşmış insan kapitalı, yeni sənaye cəmiyyəti, innovasiya və texnologiya arxitekturası dayanır. Prezident İlham Əliyev alimlər qarşısında çox aydın tərzdə AMEA-nın həmin milli prioritetlərə söykənərək öz yol xəritələrini müəyyənləşdirmələrini tövsiyə etdi..
Bir sözlə, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi dəyərli fikirlər Azərbaycanın gələcək milli inkişafını müəyyən edən strateji konsepsiyanın yeni hədəf istiqamətləri kimi qiymətləndirilə bilər.
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

