Qaradağ rayon sakinlərinin birmənalı seçimi YAP-ın namizədi cənab İlham Əliyevdir
04.10.2013 [10:06]
Rayonun Sahil qəsəbəsində keçirilən görüşdə bir daha vurğulanıb ki, Prezident İlham Əliyev Öz mütərəqqi və milli mənafeyimizə xidmət edən fəaliyyəti ilə bütün Azərbaycan xalqının dəstəyini qazanıb
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qaradağ rayonunda uğurla davam edir. Kampaniya çərçivəsində növbəti görüş dünən rayonun Sahil qəsəbəsinin seçiciləri ilə keçirilib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov YAP-ın namizədi cənab İlham Əliyevin Öz mütərəqqi və milli mənafeyimizə xidmət edən fəaliyyəti ilə bütün Azərbaycan xalqının dəstəyini qazandığını söyləyib. Rayon təşkilatının sədri deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də onun hüdudlarından kənarda böyük nüfuz və mövqe qazanıb: “Sözsüz ki, bütün bunlar ölkəmizdə mövcud olan sarsılmaz ictimai-siyasi sabitliyin fonunda reallaşıb”.
YAP Siyasi Şurasının üzvü A.Hüseynov daha sonra ölkəmizdə biznes mühitinin inkişafı, sahibkarlığa dövlət qayğısının artırılması yönündə görülən tədbirlərdən də danışaraq deyib ki, dövlətin atdığı addımlar qeyri-neft sektorunda əsaslı irəliləyişlərə, ölkəmizdə daxili investisiyaların həcminin artmasına şərait yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın daha böyük uğurlara imza atacağına əminliyini ifadə edən Aydın Hüseynov, həmçinin, deyib ki, ölkəmizin hər bir bölgəsində olduğu kimi Qaradağda da Prezident İlham Əliyevə çox böyük ictimai etimad göstərilir. Rayon təşkilatının sədri xalqımızın öz gələcəyi naminə Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq qaldığını da dilə gətirib. A.Hüseynov qarşıdan gələn 9 oktyabr prezident seçkilərində də Ümummilli lider Heydər Əliyev zəngin siyasi kursunun ən layiqli davamçısı, praqmatik siyasəti ilə xalqın inam və etimadını qazanmış İlham Əliyevin ölkəmizdə alternativsiz lider olduğunu bir daha vurğulayıb. Xalqımızın öz liderinə olan sədaqətinin qarşıdan gələn seçkilərdə də açıq ifadəsinin şahidi olacağımıza tam əmin olduğunu söyləyən A.Hüseynov seçkilərin rayonda yüksək fəallıq və demokratik dəyərlər şəraitində keçiriləcəyinə də inamını ifadə edib.
Millət vəkili Ağalar Vəliyev isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin uğurlu nəticələrindən danışıb. Onun sözlərinə görə, cənab İlham Əliyev ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim Ulu öndərin siyasi kursuna sədaqətini nümayiş etdirib, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirib. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır: “Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir: ayrı-ayrı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır”.
Qaradağ rayon ictimaiyyətinin nümayəndəsi Bəhruz Qəndilov isə deyib ki, bu gün cəmiyyətimizdə haqlı bir düşüncə formalaşıb ki, müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir. Və bu gün Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin məntiqi nəticəsidir: “Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mükəmməl bir siyasət həyata keçirilir, mükəmməl dövlət idarəçiliyi modeli formalaşıbdır. Azərbaycan bu gün bütün dünyanın hesablaşdığı güclü bir dövlətdir”.
O, bu uğurların davamlılığı üçün Azərbaycan xalqının Prezident İlham Əliyevə növbəti dəfə səs verəcəyini vurğulayıb.
Qaradağlılar adından çıxış edən rayon sakini Rüfət Sucayev cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qaradağlılar tərəfindən dəstəklədiyini və qarşıdakı seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini deyib.
Seçicilər Platon Qasımov, Hafiz Yusifov və digərləri bildiriblər ki, bu gün Azərbaycanın günü-gündən inkişaf etdiyini hər bir ölkə vətəndaşı kimi onlar da öz həyatlarında hiss edirlər. Qeyd olunub ki, qarşıdan gələn prezident seçkilərində bütövlükdə Azərbaycan xalqı cənab İlham Əliyevə səs verəcək.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07

