Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər böyük inkişaf potensialına malikdir
14.10.2025 [15:22]
Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini
Azərbaycan Respublikasının çoxşaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da genişlənərək inkişaf edir. Prezident İlham Əliyevin Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır. Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər böyük inkişaf potensialına malikdir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Tacikistan Prezidenti cənab Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə strateji yanaşmanı xarici siyasət prioritetləri sırasına daxil etmişdir. Tacikistanla əməkdaşlıq onun “regional inteqrasiya – ortaq güc” fəlsəfəsi çərçivəsində həyata keçirilir. İlham Əliyev iki ölkə arasında münasibətləri yalnız siyasi deyil, həm də strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Bu yanaşma, eyni zamanda, regional sabitlik və qarşılıqlı inkişaf üçün etibarlı zəmin yaradır.Tacikistan və Azərbaycan arasında iqtisadi əlaqələr genişləndikcə ticarət dövriyyəsi artmışdır.
Hökumətlərarası iqtisadi komissiyanın fəaliyyəti sayəsində iki ölkə arasında enerji, sənaye, kənd təsərrüfatı və investisiya layihələri müzakirə edilir və reallaşdırılır. Prezident İlham Əliyev Transxəzər və Şərq-Qərb nəqliyyat dəhlizlərini təşviq etməklə Tacikistan üçün yeni logistika imkanları yaradıb. Bu layihələr iki ölkənin iqtisadi əməkdaşlığını daha strateji və praktik səviyyəyə çıxarır.Azərbaycanın təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində əməkdaşlıq genişlənmiş, Bakı-Türkmənistan-Tacikistan istiqamətində yeni marşrut ideyası müzakirəyə çıxarılmışdır. Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində tərəfdaşlıq Tacikistanın tranzit imkanlarını artırmaqla regionlararası əlaqələri gücləndirir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib.
Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır. Bu gün Azərbaycan və Tacikistan arasında münasibətlər yüksək inkişaf mərhələsini yaşayır. Xüsusilə, nəqliyyat-logistika sahəsi, sənaye kooperasiyası, investisiya layihələri ilə bağlı məsələlər ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərini təşkil edir.
Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. SSRİ-nin tərkibində olan zaman hər iki ölkə müttəfiq respublika olublar. Azərbaycan və Tacikistan müstəqil olduqdan sonra da bu müttəfiklik davam etmişdir. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09

