Türk birliyinin güclənməsində mühüm mərhələ
08.10.2025 [17:01]
7 oktyabr 2025-ci il tarixində Azərbaycanın qədim və mədəniyyət beşiyi olan Qəbələ şəhəri növbəti dəfə tarixə şahidlik etdi. Burada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Prezident İlham Əliyevin çıxışı isə bu möhtəşəm tədbirin ideoloji və strateji əsasını təşkil etdi.
Dövlətimizin başçısı çıxışına Qəbələnin tarixi önəmini vurğulayaraq başladı. Qədim Qafqaz Albaniyasının paytaxtı olan bu şəhərin Türk dünyasının liderlərini bir araya gətirməsi təsadüfi deyildi. Bu həm keçmişə hörmətin, həm də gələcəyə verilən dəyərin təcəssümü idi.
Prezident İlham Əliyevin çıxışında əsas diqqət çəkən məqamlardan biri, Türk Dövlətləri Təşkilatının qlobal siyasətdə artan roludur. Dövlət başçısı bildirdi ki, bu qurum artıq sadəcə əməkdaşlıq platforması deyil, beynəlxalq arenada önəmli geosiyasi mərkəzə çevrilməkdədir. Bu fikri Azərbaycan tərəfindən TDT Katibliyinə ayrılmış 2 milyon ABŞ dolları da təsdiqləyir.
Çıxışın əsas ideya xəttini sülh və təhlükəsizlik məsələləri təşkil etdi. Prezident İlham Əliyev vurğuladı ki, bölgədə sülh yalnız ədalətə əsaslana bilər. Azərbaycan 2020-ci ildə torpaqlarını işğaldan azad edərək regionda yeni reallıqlar yaradıb və indi sülh sazişi imzalamağa hazırdır. Ölkəmizin başçısı, həmçinin, Türk dövlətləri arasında ortaq hərbi təlimlərin keçirilməsini təklif edərək, təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini önə çəkdi.
İqtisadi və nəqliyyat sahəsində də bir sıra önəmli məqamlar qeyd olundu. Prezident, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində oynadığı mərkəzi roldan bəhs etdi. O, “Orta Dəhliz”in gələcəyini Türk dünyası üçün strateji imkan kimi qiymətləndirdi. Azərbaycanın tranzit imkanları və yeni liman infrastrukturları regionun inteqrasiyasını sürətləndirəcək.
Prezident İlham Əliyev mədəni birlik məsələsinə də toxunaraq, 1926-cı ildə Bakıda keçirilmiş Türkoloji Qurultayın 100 illiyi münasibətilə 2026-cı ildə beynəlxalq tədbirin təşkilini təklif etdi. Bu, ortaq dil, tarix və kimlik ətrafında Türk dövlətlərinin birliyini daha da gücləndirmək məqsədi daşıyır.
Zirvə görüşündə qəbul edilən qərarlar, xüsusilə Qəbələ Bəyannaməsi, Türk dövlətlərinin qarşılıqlı etimada, əməkdaşlığa və ortaq gələcəyə əsaslanan münasibətlərini daha da möhkəmləndirəcək. Prezident İlham Əliyevin bu zirvə çıxışı həm tarixi reallıqlara, həm də gələcək strateji hədəflərə söykənən milli və ümumtürk vizionunun təcəssümüdür.
Beləliklə, Qəbələ Zirvə Görüşü və Prezident İlham Əliyevin oradakı çıxışı Türk birliyinin güclənməsində mühüm mərhələ kimi tarixə düşdü. Bu, Azərbaycanın regionda sülh, təhlükəsizlik və inkişaf naminə yürütdüyü aktiv və prinsipial siyasətin növbəti təntənəsi oldu.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31

