Seçicilər inkişaf və sabitliyin davamına- cənab İlham Əliyevə səs verəcəklər
01.10.2013 [09:54]
Göygöl rayonunun Topalhəsənli və Qızılqaya kəndlərində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Göygöl rayon təşkilatı seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüşlər rayonun Topalhəsənli və Qızılqaya kəndlərində keçirilib.
YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev seçicilər qarşısında çıxışı zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən və uğurlu nəticələrindən bəhs edib. Regionların sosial-iqtisadi inkişafının dinamik şəkildə davam etdiyini bildirən təşkilat sədri əlavə edib ki, ölkəmizin, o cümlədən, bölgələrin sürətli inkişafı hər bir vətəndaşın həyatında xüsusilə hiss olunur, insanların rifah halı daha da yaxşılaşır: “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icra olunması regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə və son nəticədə bütün rayonların simasının dəyişməsinə, bölgələr arasında iqtisadi tarazlığın bərpa olunmasına, rayonların sosial həyatında müşahidə olunan fərqin aradan qaldırılmasına, yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, bütövlükdə isə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxarıb. Bu proqramlar regionların sosial-iqtisadi inkişafına yol açmaqla yanaşı, ümumilikdə, Azərbaycanın iqtisadi inkişafına təkan verərək makroiqtisadi sabitliyin möhkəmlənməsinə baza yaradıb”.
Təşkilat sədri əlavə edib ki, cəmiyyətin mövcud əhval-ruhiyyəsi, o cümlədən, Göygöl seçicilərinin mövqeyi deməyə əsas verir ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri növbəti dəfə YAP-ın namizədinə səs verəcək və cənab İlham Əliyev bu seçkilərdə də qalib gələcək.
Daha sonra çıxış edən YAP Göygöl rayon təşkilatının sədr müavini Vüqar İsayev seçiciləri seçkilərdə fəal iştirak etməyə və layiqli namizədə - cənab İlham Əliyevə səs verməyə çağırıb. Qeyd edib ki, Azərbaycan seçicilərinin birmənalı seçimi yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevdir.
YAP Göygöl rayon təşkilatının sədr müavini Nuranə Quliyeva isə bildirib ki, ölkə başçısının rəhbərliyi ilə son illər ardıcıl və sistemli şəkildə həyata keçirilən çoxşaxəli islahatlar bütün strateji əhəmiyyətli sahələrdə əsaslı inkişafa səbəb olub: “Sosial-iqtisadi inkişafın təmin edilməsi, adambaşına düşən ümumi daxili məhsul istehsalının artımı hər bir ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritet xəttini təşkil edir. Bu mənada, Azərbaycan əhəmiyyətli nailiyyətlər əldə edib. Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərəm ki, seçicilər yenə də cənab İlham Əliyevə səs verəcək və Yeni Azərbaycan Partiyasının namizədi növbəti dəfə qalib gələcək”.
YAP Göygöl rayon təşkilatının Aparat rəhbəri Rəşad Veysov isə öz növbəsində bildirib ki, Azərbaycanın gələcək inkişafı məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır: “Şübhəsiz, vətəndaşlar bu inkişafın, sabitliyin davam etməsi üçün yenə də cənab İlham Əliyevə səs verəcəklər. Çünki ölkəmizi parlaq gələcəyə apara biləcək yeganə lider məhz cənab İlham Əliyevdir”.
Daha sonra çıxış edənlər -Ceyhun Hüseynov, Səfər Bayramov və digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər və Yeni Azərbaycan Partiyasının namizədinin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandıqlarını bildiriblər.
NURLAN
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

