Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə inkişafın zirvəsinə yüksəlib
01.10.2013 [09:53]
Goranboy rayonunun Gürzallar və Quşçular kəndlərində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Goranboy rayon təşkilatı seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüşlər rayonun Gürzallar və Quşçular kəndlərində keçirilib.
YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov oktyabrın 9-da keçiriləcək prezident seçkilərinin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, Azərbaycan sabitlik və inkişafın fonunda növbəti prezident seçkilərinə gedir: “Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin siyasətini təqdir edir, ölkəmizin uğurlu inkişafından məmnunluq ifadə olunur. Təsadüfi deyil ki, Goranboy seçicisi də cənab İlham Əliyevin siyasətini dəstəkləyir. Mən hər bir seçicini prezident seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram”.
Təşkilat sədri əlavə edib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, Prezident İlham Əliyevin növbəti möhtəşəm qələbə qazanacağına əmin olduğunu bildirib. “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanı parlaq gələcəyə aparır. Hər bir Azərbaycan seçicisi ölkəmizin gələcək inkişafı, tərəqqisi üçün seçkilərdə aktiv iştirak etməlidir. Əminəm ki, bu seçkilər də möhtərəm Prezident İlham Əliyevin qələbəsi ilə nəticələnəcək” - deyə, E.İsmayılov bildirib.
Azərbaycan Respublikası Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev isə prezident seçkilərinin əhəmiyyətindən bəhs edib. Akademik Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin Azərbaycanı inkişafın zirvəsinə çıxardığını bildirib və əlavə edib ki, ölkəmizin dinamik inkişafı gələcəyə ümidlə baxmağa əsas verir: “Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları hər bir Azərbaycan vətəndaşının həyatında hiss edilir. Ümumilikdə, qarşıya qoyulan bütün iqtisadi və sosial vəzifələr öz həllini tapıb, ölkəmizin uğurlu inkişafı davam edib. Əminliklə deyə bilərəm ki, bütün bu nailiyyətləri mümkün edən cənab İlham Əliyev növbəti dəfə böyük səs çoxluğu ilə Prezident seçiləcək”.
Daha sonra çıxış edən qərargah üzvləri Şahin Allahverdiyev. Valəddin Əmiraslanov, Məzahir Zeynalov, seçicilər Yusif Novruzov, İnqilab Vəliyev, Yaşar Həsənov, Ruhiyyə Həmidova və digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər və Yeni Azərbaycan Partiyasının namizədinin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandıqlarını bildiriblər. Qeyd edilib ki, ötən 10 ilin nəticələri və yekunları bir daha sübut edir ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu tendensiya ardıcıl sürətdə davam etməkdədir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

