Xızı seçiciləri İlham Əliyevi dəstəkləyəcəklər
01.10.2013 [09:52]
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Xızı rayonunda da uğurla davam etdirilir
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Xızı rayonunda da uğurla davam etdirilir. YAP Xızı rayon təşkilatının təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü rayonun fəal qadınları ilə olub. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yeni siyasi və iqtisadi sistem qurulub, Azərbaycan sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilib: “Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atıb. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyev tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bu qurum qeyd olunan istiqamətlərdə aparılan məqsədyönlü işlərin sürətlə həyata keçirilməsində müstəsna rol oynayır. Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə təmin olunub. Elə buna görə də, xanımlarımız da bu seçkilərdə cənab İlham Əliyevi dəstəkləməlidirlər”.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxışına 2006-cı ildə Azərbaycanın Milli Məclisində gender bərabərliyi haqqında qanunun qəbul olunmasını xatırladaraq başlayıb: “2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib. Bütün bunlar dövlət başçımızın qadınlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu gün xanımlarımız cəmiyyət quruculuğunun müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Onlar sülh şəraitində yaşayırlar və fərqindədirlər ki, onlara bu sülhü, əmin-amanlığı Prezident İlham Əliyevin apardığı uğurlu siyasət bəxş edib”.
Daha sonra çıxış edən YAP Xızı rayon təşkilatı Qadınlar Şurasının sədri Svetlana Rüstəmova bildirib ki, Azərbaycan qadınının ailədə, eləcə də, cəmiyyətdəki fəaliyyəti çox böyükdür: “Qadın ictimai işlə məşğul olmaqla yanaşı, anadır. Dövlətimizin əlaqədar qurumları regionlarımızda qadın hüquqlarının qorunması haqda maarifləndirici proqramlar, əhəmiyyətli tədbirlər həyata keçirir. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev qadınlara böyük qayğı və diqqət göstərir. İnanıram ki, qadınlarımız 9 oktyabrda keçiriləcək növbəti prezident seçkilərində də fəallıq nümayiş etdirəcəklər”.
Görüşdə çıxış edən Xızı rayonu, Giləzi qəsəbəsi M.Müşfiq adına tam orta məktəbin müəllimi Svetlana Əliyeva bildirib ki, Azərbaycan qadınlarının ictimai həyatda rolu bu gün Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında daha parlaq şəkildə özünü büruzə verir: “Azərbaycan dövləti və cəmiyyəti Mehriban xanım Əliyeva ilə fəxr edir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də məhz ondan ibarətdir ki, Azərbaycan qadınları ictimai-siyasi həyatda yaxından iştirak edərək gündən-günə daha da fəallaşsın, ölkəmizin sürətli inkişafına öz misilsiz töhfələrini versinlər”.
Daha sonra o, seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Oktay
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

