30 illik həsrətə son qoyan Tarixi Zəfər!
26.09.2025 [14:07]
Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - Azərbaycan Respublikasında Anım Günüdür. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Şəhidlər təkcə 27 sentyabr tarixində deyil, hər an, hər zaman bizim qəlbimizdə, bizim yaddaşımızdadır.Çünki, 2020-ci il Azərbaycan xalqını 30 il həsrətində olduğu torpaqlara qovuşdurdu. Bu tarixi bizə Vətən uğrunda öz canlarını fəda edən Şəhidlərimiz, Vətən uğrunda öz sağlamlıqlarını itirən Qazilərimiz, Vətən uğrunda vuruşan müharibə iştirakçılarımız bəxş etdilər. Şəhidlərimiz, qazilərimiz və müharibə iştirakçılarımız Azərbaycan adlı dövlətə, Azərbaycan adlı xalqa böyük fəxarət yaşatdılar. 2020-ci il bütün azərbycanlıların və Azərbaycansevərlərin yaddaşında əbədi qalacaqdır.
2020-ci ilin 27 sentyabr tarixində Azərbaycanın yaşayış məntəqələrinin və döyüş mövqelərinin şiddətli artilleriya atəşinə tutması səbrimizi daşıracaq son damla oldu. Düşməni artıq yerindəcə məhv etmək, onun təcavüzünə son qoymaq məqamı yetişmişdi. İllərdir səbr edən xalqımız bir anda səfərbər və tək yumruq oldu. Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərində əməliyyat apardı. Məkrli düşmənin bu hərbi təxribatını dəf etmək məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 27 sentyabr 2020-ci il tarixində dərhal bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlamaq haqqında əmr verdi. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibə ərzində ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi!
Müharibədə diqqət çəkən və kulminasiya nöqtəsi sayılacaq dövr noyabrın 8-də Qarabağın ürəyi sayılan Şuşanın düşmən işğalından azad edilməsi oldu. Bu artıq qələbənin yaxınlaşması demək idi. Şuşa kimdədirsə Qarabağa da nəzarət ondadır! Bu bir aksiomadır. Beləliklə, Vətən oğullarımız son nəfəsinədək vuruşdu, canından belə keçdi, Şuşa qalasını fəth etdi. Noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı. Qazanılan mütərrəqi zəfərlə ərazi bütövlüyümüz təmin edildi, ordumuzun gücü və imkanları bütün dünyaya nümayiş olundu, milli birliyimiz daha da möhkəmləndi, BMT-nin Dağlıq Qarabağla əlaqədar kağız üzərində qalan qətnamələrinin həyata keçirilməsi təmin edilmiş oldu, yalançı erməni uydurmaları ifşa olundu, Ermənistan üçün isə uydurma iddialardan əl çəkib region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yarandı 44 günlük müharibə ərzində Gəncəyə, Bərdəyə, Tərtərə atılan ballistik və kasetli raketlər də birliyimizi pozmağa, həmçinin millətin ruhunu qırmağa hesablanmışdı. Amma baş verən bu müharibə cinayətləri millətin əzmini, iradəsini əzə bilmədi, əksinə daha da gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq millət bir olaraq Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi.
Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. 44 günlük Vətən müharibəsiylə biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq.
27 sentyabr tarixində başlanan haqq uğrunda Vətən Müharibəsi Azərbaycan xalqının gücünü, milli həmrəyliyini, dövlət və xalq birliyini bir daha bütün dünyaya göstərdi. Bütün dünya Azərbaycan xalqının və dövlətinin möhtəşəm qüvvəsinin şahidi oldu.
44 günlük Vətən müharibəsinin başlamasından artıq beş il ötür.
Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.
Samirə Zeynalova,
YAP Tərtər Rayon Təşkilatının mühasibi
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17

