Ağstafalılar uğurlu gələcəyə aparan liderə-cənab İlham Əliyevə səs verəcəklər
26.09.2013 [10:50]
YAP Ağstafa rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib
Yeni Azərbaycan Partiyasının Sədri, partiyamızın 2013-cü prezident seçkilərində namizədi Prezident İlham Əliyevin seçki təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən tədbirlər davam edir. Dünən Ağstafanın Aşağı Kəsəmən və Zəlimxan kəndlərində seçicilərlə növbəti görüş keçirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə iqtisadi-siyasi, sosial sahələrdə qazanılan uğurların Azərbaycan xalqının rifah içində yaşamasına şərait yaratdığını deyib. YAP Ağstafa rayon təşkilatının sədrinin sözlərinə görə, Ağstafa seçiciləri artıq öz seçimlərini ediblər: “Mən əminəm ki, siz ağstafalılar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi-iqtisadi kursu tam dəstəkləyirsiniz və bu seçkidə də Yeni Azərbaycan Partiyasının Sədrinə səs verəcəksiniz. Çünki insanlarımız Azərbaycanda müşahidə olunan sabitliyi, inkişafı yüksək qiymətləndirir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu əmin-amanlıq insanlarımızın rifah halının yaxşılaşmasına, iqtisadiyyatın inkişafına töhfələr verir”.
Çıxış edən təbliğat-təşviqat qrupunun üzvü, rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli bildirib ki, ötən 10 il ərzində bütün Azərbaycanda, o cümlədən, Ağstafa rayonunda tikilən yeni məktəblər, əsaslı təmir olunaraq istifadəyə verilən təhsil müəssisələri bir daha sübut edir ki, Prezident İlham Əliyev ölkədə təhsilin inkişafı üçün əlverişli şərait yaradıb.
Tədbirdə çıxış edən YAP Ağstafa rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvü Feruz Həsənov bildirib ki, xalqımız Azərbaycanın bütün problemlərinin həlli, ölkəmizdə iqtisadi inkişafın davamlı olması, vətəndaşlarımızın sabitlik, əmin-amanlıq şəraitində yaşaması üçün Prezident İlham Əliyevə səs verməlidir.
Daha sonra çıxış edən kənd sakinləri ağstafalıların Prezident İlham Əliyevi dəstəklədiyini, öz Prezidentinə etibar etdiklərini söyləyib. Qeyd olunub ki, Ağstafa rayonunun seçiciləri öz seçimlərini artıq ediblər, 9 oktyabrda Prezident İlham Əliyevə səs verərək bu sevgini, seçimi rəsmiləşdirəcəklər.
Tədbirdə rayonun musiqi məktəbinin kollektivi konsert proqramı ilə çıxış edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30

