Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır
02.09.2025 [17:35]
Sentyabrın 1-də Çin Xalq Respublikasının Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin “ŞƏT plyus” formatında keçirilən görüşünə 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri qatılıb. 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada keçirilən ŞƏT-in Zirvə görüşlərində olduğu kimi bu görüşdə də Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Azərbaycanın belə mötəbər təşkilatın sammitinə üçüncü dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında artan nüfuzunun və göstərilən yüksək etimadın ifadəsidir.
Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirdi ki, Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk. Azərbaycan müstəqilliyə qovuşandan sonra ölkəmizlə diplomatik əlaqələr quran ilk Asiya dövlətlərindən biri Çin Xalq Respublikası oldu. O zamandan iki ölkə arasında mehriban dostluq münasibətləri, iqtisadi və mədəni sahədə əməkdaşlıq əlaqələri hökm sürür.Ölkəmizin xarici ticarətində Çin ön sıralardadır. ÇXR-in iş adamları hər zaman Azərbaycana sərmayə qoymaqda maraqlı olublar. Ölkəmizin əlverişli cografi mövqeyi, siyasi sabitlik, eləcə də dinamik inkişaf çinliləri cəlb edir. Üstəlik, Azərbaycanda qeyri-neft sektorunun və regionların inkişafına qərar verilməsi çinli iş adamları üçün böyük əməkdaşlıq imkanları yaradıb. Digər tərəfdən, Azərbaycanın Orta dəhlizin mərkəzində yerləşməsi Çin şirkətlərinin ölkəmizə marağını artırıb. Azərbaycan da Çini etibarlı tərəfdaş kimi qəbul edir. Azərbaycanla Çin arasında yeni istiqamət kimi bərpaolunan enerji mənbələrinin yaradılması hər iki dövlətin maraqlarına cavab verir. Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin ardıcıl inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir. Azərbaycanın dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə münasibətləri artan dinamika ilə inkişaf etməkdədir. Azərbaycan-Çin əməkdaşlığının genişlənməsi, dərinləşməsi və intensivləşməsində iki ölkə rəhbərlərinin səfərlərin əhəmiyyəti böyükdür. Münasibətlərin dərinləşməsində iki ölkənin parlamenti, hökumət, biznes qurumları və vətəndaşları arasında əlaqələrin genişləndirilməsi mühüm rol oynayır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafının intensivləşməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan və Çin dövlət başçılarının arasında olan qarşılıqlı etimad və dostluq münasibətləri iki ölkə arasındakı münasibətlərin dinamikasına xüsusi impuls verir və ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.
Şamo Qasımov,
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxİdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55

