Cənab İlham Əliyev növbəti dəfə möhtəşəm qələbə qazanacaq
24.09.2013 [10:41]
YAP Ağdam rayon təşkilatı partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü rayonun Üçoğlan və Alıbəyli kəndlərində keçirib
Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatı partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş rayonun Üçoğlan və Alıbəyli kəndlərində keçirilib.
Tədbiri giriş sözü ilə YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev açaraq rayon ictimaiyyətini seçkilərdə fəal iştirak etməyə çağırıb. Təşkilat sədri çıxışında əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və böyük təşkilatlanma yolu keçən Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərindən, ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, gördüyü işlərlə xalqın böyük inamını və dəstəyini qazanmasından bəhs edib.
İsgəndər Quliyev əlavə edib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında ən aparıcı rola malik olan siyasi qüvvədir: “Təsadüfi deyil ki, respublikamızda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası həmişə böyük üstünlük əldə edib və bununla da alternativsiz siyasi qurum olduğunu sübuta yetirib”.
“Yeni Azərbaycan Partiyasının Sədri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan stabil və dinamik şəkildə inkişaf edir. Bu baxımdan, artan templi iqtisadiyyata malik Azərbaycan cəmiyyətində sosial dəyişikliklər sürətlənir, insanların rifah halı yüksəlir” - deyən, YAP Ağdam rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində möhtəşəm qələbə qazanacağına əminliyini ifadə edib.
Qərargah üzvü Əvəz Sadıqov isə cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən bəhs edib. Bildirib ki, bu müddət ərzində ətrafına 600 minlik kontingent toplamağı bacaran ümummilli partiyamız faktiki olaraq qarşısına qoyduğu məqsəd və vəzifələri layiqincə yerinə yetirməyi bacarıb. “Əlbəttə ki, əldə olunmuş nailiyyətlərin fundamentini xalq dəstəyinin və etimadının təşkil etməsi YAP-ın geniş fəaliyyətini daha səmərəli və uzunmüddətli edir” - deyə, Ə.Sadıqov vurğulayıb.
Çıxış edən seçicilər Nüsrət Əzizov, Möhübbət Hüseynov, Almaz Sadıqova və digərləri isə vurğulayıblar ki, Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu və bu gün cənab Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır. Kənd sakinləri prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
NURLAN
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

