Yeni üçtərəfli əməkdaşlıq formatı
27.08.2025 [20:32]
Azərbaycan-Türkmənistan əlaqələri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır.
Avqustun 22-də Türkmənistana işgüzar səfəri çərçivəsində Azərbaycan-Türkmənistan-Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata bəyanatında Prezident İlham Əliyev xalqlarımızın və ölkələrimizin dostluq əlaqələrinə diqqət çəkdi. Ölkə başçısı vurğuladı ki, xalqlarımız əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır. Prezident İlham Əliyev Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədinin imzalanmasını qardaşlığımızın rəmzi adlandırdı.
Ölkə başçısı Qurbanqulu Məlikquliyeviçin iyul ayında Azərbaycana etdiyi səfəri xatırladaraq bildirdi ki, həm Bakıda, həm də Qarabağ bölgəsində bir çox məsələlər müzakirə edilib. Ölkələrimizin mövqeləri üst-üstə düşür. Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək.
Prezident İlham Əliyev bəyanatında onu da xüsusilə vurğuladı ki, Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürüb. Artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli qoyulacaqdır. Prezident İlham Əliyev bunu türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsidir, qardaşlığımızın təcəssümü kimi qiymətləndirdi.
Bəyanatında Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan münasibətlərinə də toxundu. Ölkə başçısı Xankəndidə Şavkat Miromonoviçin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikinin fəaliyyətə başladığını və hazırda orada iki yüzdən çox insan çalışdığını bildirdi. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Qarabağın dirçəldilməsi istiqamətində digər bir hədiyyə də Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin tikilməsi olmuşdur. Bütün bunlar dostluq və qardaşlığımızın əməldə göstəriciləridir.
Avqustun 22-də Azərbaycan-Türkmənistan-Özbəkistan liderlərinin yüksəksəviyyəli görüşün nəticəsi olaraq üçtərəfli əməkdaşlıq formatı yaradılacaq. Üç ölkə arasında nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr üçtərəfli əməkdaşlıq formatınının əsas istiqamətləri olacaq.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17

