Üç qardaş dövlətin Zirvə Görüşü: Strateji əməkdaşlığın yeni səhifəsi
26.08.2025 [11:05]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxışları bir daha təsdiq etdi ki, türk dövlətləri arasında əməkdaşlıq, ikitərəfli münasibətlərin inkişaf dinamikası artan xətlə davam edir.
Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün reallaşması türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən mühüm siyasi təşəbbüs oldu. Eyni zamanda, bu görüş üç türk dövləti arasındakı münasibətlərdə yeni səhifənin açılmasına, əlaqələrin gedişini yeni keyfiyyət mərhələsinə yüksəlməsinə şərait yaratdı. Dünyaya bəyan edildi ki, türk dövlətləri qlobal və regional aktuallıq kəsb edən bütün məsələlərdə hər zaman ortaq mövqe nümayiş etdirirlər.
Zirvə Görüşündə çıxış edən ölkəmizin Prezidenti cənab İlham Əliyev hər iki liderə görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, bu üç dövlət arasında yeni əməkdaşlıq səhifəsinin açıldığını vurğulayib: “Bu gün imzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var. Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır”.
Tarixi əhəmiyyətli sayılan bu görüşdə nəqliyyat, enerji, iqtisadiyyat, və mədəniyyət sahələrində strateji əməkdaşlığın daha da dərinə gedəcəyi konkret şəkildə vurğulandı, qarşılıqlı fəaliyyət məsələləri müzakirə olundu. Xüsusi ilə, Azərbaycan, Türkmənistan və Özbəkistanın əraziləri strateji baxımdan əhəmiyyətli coğrafiyaları əhatə etdiyi üçün danışıqlar zamanı əsas mövzulardan biri nəqliyyat dəhlizlərinin və logistika infrastrukturlarının inkişaf etdirilməsi, milli nəqliyyat sistemlərinin inteqrasiyasının dərinləşdirilməsi oldu.
Prezident cənab İlham Əliyevin "Bu, tarixi görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür", - deyə adlandırdığı görüş həm də verilən mühüm mesajlarla yadda qaldı və türk dövlətləri arasında qardaşlığın sarsılmaz olduğunu nümayiş etdirdi. Əməkdaşlıq Türk dünyası üçün çox faydalı olacaq. Bu isə öz növbəsində Türkdilli ölkələrin iqtisadiyyatına və əhalinin rifahına birbaşa təsir edəcək.
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın türk dünyasına böyük töhfəsi - nəqliyyat və enerji dəhlizləri ilə bağlı həyata keçirdiyi layihələr türk dövlətlərinin milli mənafelərinin qorunmasına xidmət etməklə yanaşı, regional və qlobal proseslərdə türk dünyasının mövqelərinin güclənməsinə şərait yaradır.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59

