Cənab İlham Əliyev siyəzənlilərin də dəyişməz seçimidir
21.09.2013 [09:55]
Siyəzən rayonunun Balaca Həmyə və Böyük Həmyə kəndlərində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Siyəzən rayonu üzrə seçki qərargahının üzvləri dünən rayonun Balaca Həmyə və Böyük Həmyə kəndlərində seçicilərlə görüş keçiriblər.
Görüşləri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, Azərbaycanda milli dövlətçiliyin əsasını qoyan, böyük tərəqqiyə hesablanmış inkişaf strategiyasını müəyyənləşdirən, yeni tariximizə dövlət və xalqın xilaskarı kimi daxil olan Ümummilli liderimizin siyasi kursunu hazırda Prezident İlham Əliyev uğurla davam etdirir: “Cəmiyyət tərəfindən qəbul edilən milli dəyərlər və ideallar əsasında fərqli maraqların bir araya gətirilməsi cənab İlham Əliyevin liderlik xüsusiyyətlərinin vacib göstəricisi, eyni zamanda uğurlu idarəçiliyinin parlaq təzahürüdür. Bu mənada Onu istər 2003-cü, istərsə də 2008-ci ildə özünə rəhbər seçərkən Azərbaycan xalqı həm də birliyə, həmrəyliyə səs verdiyini aydın dərk edirdi və zaman xalqın seçimində yanılmadığını bir daha sübuta yetirdi.
Qarşıya qoyulan hədəf və məqsədlərin əvvəlcədən müəyyənləşdirilməsi, innovativ xarakterli təşəbbüskarlığın göstərilməsi, cəmiyyətin ən müxtəlif təbəqələri ilə sıx əlaqə və görüşlər Prezident İlham Əliyev idarəçiliyinin liderlik elementlərini özündə əks etdirən və geniş ictimaiyyət tərəfindən təqdir olunan başlıca amillər sırasına daxildir. Qanunun aliliyinin, ölkənin, eləcə də, hər bir vətəndaşın təhlükəsizliyinin təminatçısı kimi çıxış edən cənab İlham Əliyevin xalqına, millətinə, Vətəninə sonsuz sevgisi də Onun fəaliyyətində özünü qabarıq büruzə verir.
İndi Azərbaycan iqtidarı və xalqı arasında sarsılmaz birlik mövcuddur. Bu sarsılmaz birliyi biz siyəzənlilər 9 oktyabrda seçki məntəqələrinə gedərək bir daha sübut etməliyik”.
Daha sonra çıxış edən millət vəkili Tahir Süleymanov qeyd edib ki, ölkədə gedən proseslər müsbət istiqamətdə inkişaf edir: “Bu fikri təsdiqləyən statistik rəqəmlər də vardır. Ötən dövr ərzində ölkə iqtisadiyyatı 3 dəfədən çox artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında analoqu olmayan göstəricidir. Sənaye istehsalı təxminən 3 dəfə artmışdır, ölkə iqtisadiyyatına təxminən 130 milyard dollar sərmayə qoyulmuşdur və keçən il sərmayə qoyuluşu rekord həddə çatmışdır - 22 milyard dollardan çox. Onlardan 13 milyardı yerli investisiyalar olmuşdur.
Beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən işləri yüksək qiymətləndirir və kredit reytinqlərinin təhlilini aparan aparıcı qurumlar Azərbaycanın kredit reytinqlərini artırırlar. Baxmayaraq ki, Avropanın bəzi ölkələrinin kredit reytinqləri aşağı düşmüşdür. Xüsusilə, son bir neçə ilin təcrübəsi çox müsbətdir. Çünki hətta dünyanı bürümüş maliyyə və iqtisadi böhran illərində Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və beləliklə, ölkəmizin uğurlu inkişafı təmin edilmişdir. Xalqımızın bu uğurlu siyasət nəticəsində gün keçdikcə yüksələn maddi rifah səviyyəsi bizə imkan verir ki, bütün tərəqqipərvər qüvvələri cənab İlham Əliyevə səs verməyə çağıraq”.
Tədbirdə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, sürətlə inkişaf edən, dünyanın önəmli ölkələrindən birinə çevrilən Azərbaycanın qazandığı hər bir uğur cənab İlham Əliyevin konkret hədəflərə hesablanan siyasətinin nəticəsidir: “Son 10 ildə ölkəmizdə genişmiqyaslı uğurlar əldə edilib. Cənab İlham Əliyev regionda cərəyan edən çox həssas və gərgin siyasi proseslərin fonunda balanslı, yalnız Azərbaycan xalqının maraqlarına xidmət edən siyasət yürütməklə ölkəmizin dünyadakı nüfuzunu yüksəltdi, gələcək uğurlar üçün siyasi və iqtisadi platforma formalaşdırdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Prezident İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. Dövlətimizin başçısı sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır. Bu da hər bir azərbaycanlının ürəyində qürur hissi meydana gətirir”.
Kənd sakinləri adından çıxış edən Pirverdi Tarverdiyev, Fəzail Əkbərov, Səmayə Məmmədova, Nurəli Xəlfəyev və kənd ağsaqqalı Hüseynağa Ağamalıyev ölkəmizdə aparılan dinamik inkişafa səs verəcəklərini bildiriblər.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

