Xızılılar yekdilliklə İlham Əliyevə səs verəcək
19.09.2013 [10:14]
fikirlər rayonun Baxşılı və Xələnc kəndlərində keçirilən görüşlərdə bir daha səsləndirilib
Dünən Xızı rayonunun Baxşılı və Xələnc kəndlərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində növbəti görüş keçirilib. Görüşdə çıxış edən YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, Ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı olan İlham Əliyev son 10 illik hakimiyyəti dövründə Azərbaycanı dünyanın ən qüdrətli, sayılıb-seçilən, söz sahibi olan dövlətlərindən birinə çevirib. Azərbaycanda həyata keçirilən iqtisadi, siyasi, demokratik inkişaf dönməz xarakter alıb. Bu gün dünyada artıq “Azərbaycan modeli” mövcuddur. Dünya birliyi Azərbaycan adlı məmləkətlə və onun lideri ilə sözün əsl mənasında hesablaşır: “Fikrimcə, bunları görməmək və ya görməzliyə vurmaq üçün siyasi cəhətdən kor olmaq lazımdır. Bu uğurları, bu nailiyyətləri heç kim dana bilməz və danmaq mümkün deyil. Dünyada 2008-ci ildən bu yana hələ də davam edən maliyyə-iqtisadi böhran fonunda Azərbaycan sürətli, sıçrayışlı və dinamik inkişaf yolu ilə inkişaf etməkdədir”.
Natiq daha sonra bildirib ki, bu uğurlara Azərbaycan məhz İlham Əliyevin rəhbərliyi altında imza atıb.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov qeyd edib ki, ötən 10 illik fəaliyyəti ilə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaratmış dövlət başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini də xüsusi diqqət mərkəzində saxlayıb, Ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edib: “Ölkə başçısının bu sahəyə xüsusi diqqətlə yanaşması, ilk növbədə, müstəqil respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, ildən-ilə daha geniş maliyyə imkanları qazanması dövlətimiz qarşısında yeni perspektivlər açır. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Bu zərurətdən çıxış edən cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günlərindən elm-təhsil sahəsində böyük yüksəlişin təmin olunmasını başlıca prioritetlərdən biri kimi elan edib. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblilərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə xüsusi diqqət və qayğısının bariz ifadəsidir. Elə xızılılar da bunun canlı şahidləridir ki, rayonlarda da elm və təhsilə nə qədər önəm verilir. Mən buna görə də, əminliklə deyirəm ki, cənab İlham Əliyevi bizlər növbəti dəfə prezident seçməliyik”.
Tədbirdə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev ölkədə gedən iqtisadi, siyasi və hüquqi islahatların paralelliyi prinsipinin son 10 ildə Azərbaycanın demokratikləşməsi və ümumən, cəmiyyətin liberal dəyərlərə adaptasiyası prosesinin fundamental əsasını təşkil etdiyini bildirib. O qeyd edib ki, dövlət başçısı İlham Əliyev demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsinin, beynəlxalq arenada layiqli yerini tutması, dünya iqtisadi sisteminə inteqrasiyanın mümkün olmadığını çıxışlarında dəfələrlə vurğulayıb: “Eyni zamanda, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir. Dövlət başçısının dünya siyasi arxitekturasının tələblərinə maksimum dərəcədə cavab verən bu mütərəqqi inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşımaqla, inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır. Cənab İlham Əliyevin fenomenal siyasi liderliyi sayəsində Azərbaycan milli mənafelərini bəşəri miqyasda müdafiə edə bilən praqmatik, çevik, təmkinli və səriştəli xarici siyasət yeritməyə nail olub. Eyni zamanda, bu, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməklə, Azərbaycanın heç bir dövlətdən asılı olmadan tamamilə müstəqil siyasət yeritməsini, beynəlxalq mövqelərinin güclənməsini təmin edib. Bu dinamik inkişafın davamı heç şübhəsiz ki, siz seçicilərdən asılıdır”.
Daha sonra tədbirdə çıxış edən Xızı sakinləri 9 oktyabrda seçki məntəqələrinə gedib İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

