Milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir
22.07.2025 [14:02]
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız təkcə regional məsələlərdə deyil, bütövlükdə qlobal miqyasda baş verən proseslərə mühüm təsir etmək imkanlarına malikdir. Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub və fəaliyyəti ilə bunu sübut edərək parlaq nümunə sərgiləyib. Düşünülmüş addımlara, düzgün qurulan strategiyaya əsaslanan xarici siyasətin nəticəsi olaraq Azərbaycana maraq günbəgün artır. Ölkəmiz yüksək iqtisadi göstəricilərə malik sabitlik adası olaraq dünyanın diqqət mərkəzindədir.
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş Forum rəqəmsallaşmanın media dünyasına təsirini və süni intellektin yaratdığı yeni reallıqları müzakirə etmək məqsədi daşıyır. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçıları ilə görüşüb. Prezident çıxışında sürətlə inkişaf edən texnologiyalar fonunda ölkələrin bu prosesə adekvat yanaşma nümayiş etdirməsinin vacibliyini qeyd edib. O, xüsusilə süni intellektin müxtəlif sahələrdə, o cümlədən media sektorunda oynadığı artan rola diqqət çəkərək, bu tendensiyanın informasiya istehsalı və yayımı proseslərini köklü şəkildə dəyişdirdiyini bildirib. Dövlətimizin başçısı özünü risklərdən qorumaq üçün coğrafiyadan istifadə etməyin vacibliyini də vurğulayıb. “Azərbaycana gəlincə, ölkəmizdə risklərin daxili mənbələri yoxdur. Bütün potensial risklər bizim sərhədlərimizdən kənarda formalaşa bilər. Ona görə də sürprizlərdən, fəaliyyətinizlə bağlı olmayan bəzi risklərdən qorunmaq da vacib idi və bu işdə coğrafiyanın mühüm rolu olub”, - deyə Prezident İlham Əliyev bildirib. O, həmçinin qeyd edib ki, uğurlu siyasətin mühüm amili həm Avropa, həm də müsəlman təşkilatlarının üzvü olan, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və bir çox digərlərinin xətti ilə sammit formatlarında fəal iştirak edən Azərbaycanın nadir ölkələrdən olmasıdır. Dövlət başçısı əlavə edib: “Bu, həm də hər kəs üçün vacibdir: öz maraqlarını nəzərə alanda, qonşunun da maraqlarına baxmaq lazımdır. Milli maraqların müdafiəsi Azərbaycanın siyasətində fundamental amildir, lakin regional və ya qlobal kontekstdən ayrılıqda bu amildən çox sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq, şəraitə sənin qonşunun prizmasından nəzər salmağa çalışmaq lazımdır. Onda çox şey aydınlaşa bilər. Belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələ kifayət qədər effektiv nizamlanır”.
Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış edir. Forumun əsas məqsədlərindən biri – rəqəmsal transformasiyanın media sektoruna təsirini dəyərləndirmək, yeni texnologiyaların məzmunun yaradılması və yayımındakı rolunu təhlil etmək, həmçinin saxta xəbərlərin artdığı bir dövrdə media savadlılığının əhəmiyyətini ön plana çəkməkdir.
Tədbirə 52 ölkədən 140-a yaxın media nümayəndəsi qatılıb. Onların sırasında 30-dan çox nüfuzlu xəbər agentliyinin, yeddi beynəlxalq təşkilatın, 80 media qurumunun və müvafiq dövlət strukturlarının təmsilçiləri yer alıb. Bu, Forumun geniş coğrafi və institusional əhatə dairəsinin göstəricisidir və Şuşanın informasiya diplomatiyasının mərkəzinə çevrildiyini bir daha sübut edir. Forum müasir çağırışlar fonunda media dayanıqlığının təmin olunması, etibarlı və şəffaf informasiya mühitinin formalaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə keçirilən bu mötəbər tədbir, ölkənin informasiya siyasətində qlobal trendlərə nə dərəcədə adekvat cavab verdiyini, həmçinin süni intellekt dövründə media sahəsində liderliyə iddialı olduğunu bir daha nümayiş etdirir. Şuşa Qlobal Media Forumu, yalnız regionun deyil, bütün dünyanın diqqət mərkəzindədir.
Forumun aktual mövzusu – rəqəmsallaşma, süni intellektin media məkanında yaratdığı çağırışlar və informasiya təhlükəsizliyi ilə bağlı müzakirələr dünyanın müxtəlif ölkələrindən olan media peşəkarlarının böyük marağına səbəb olub. Forum çərçivəsində qlobal media mühitində etibarlı informasiya axınının təmin olunması, dezinformasiya ilə mübarizə, redaksiya məsuliyyəti, media savadlılığının təşviqi və texnoloji transformasiyanın etik çərçivədə tənzimlənməsi kimi məsələlər geniş şəkildə gündəmə gətirilib.
Bütün bunlar Forumun beynəlxalq mediada geniş əks-səda doğurmasına səbəb olub. Dünyanın aparıcı xəbər agentlikləri və media Forum barədə yazılar dərc edərək, tədbirin həm mövzu aktuallığını, həm də Şuşanın simvolik və strateji əhəmiyyətini ön plana çıxarıblar.
Müşfiq Səfərov,
YAP Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59

