YAP Xəzər rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü münasibətilə tədbir keçirildi
17.07.2025 [22:42]
Xəzər rayonunda YAP Xəzər rayon təşkilatı və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) Xəzər rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər təşkilatının sədri Namiq Əhmədov bildirib ki, ölkəmizin müstəqilliyini yenicə bərpa etdiyi, mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bir dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması xalqın sabitlik, inkişaf və milli həmrəylik arzularının təcəssümü idi. Bu mühüm addımın davamı olaraq, 1993-cü ilin iyul ayında YAP Xəzər rayon təşkilatının təsis konfransı keçirilmiş və bununla da təşkilat rəsmi olaraq fəaliyyətə başlamışdır. 32 il ərzində YAP Xəzər rayon təşkilatı öz ətrafında 8 minə yaxın üzvü birləşdirərək rayonun ictimai-siyasi həyatında fəal mövqe nümayiş etdirmiş, ölkədə həyata keçirilən siyasi kursun rayon səviyyəsində dəstəklənməsi və təşviqi istiqamətində mühüm rol oynamışdır. Hazırda təşkilatın tərkibində 85 ərazi partiya təşkilatı fəaliyyət göstərir. Bu strukturlar rayonun bütün yaşayış sahələrini və əhalinin müxtəlif təbəqələrini əhatə edir. Bu, həm təşkilatın geniş sosial bazaya malik olduğunu, həm də partiyanın cəmiyyətdəki nüfuzunun yüksək səviyyədə olduğunu göstərir.
Daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək bildirib ki, 32 il ərzində YAP Xəzər rayon təşkilatı müxtəlif ictimai təşəbbüslərin reallaşdırılmasında, gənclərin və qadınların fəallığının artırılmasında, şəhid ailələri və qazilərlə bağlı sosial layihələrdə, ətraf mühitin mühafizəsi və vətəndaş cəmiyyətinin inkişafı kimi sahələrdə də mühüm işlər görmüşdür. YAP Xəzər rayon təşkilatı eyni zamanda, partiya ideologiyasının – Ümummilli lider Heydər Əliyevin siyasi irsinin və Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatların təbliği istiqamətində də ardıcıl və sistemli fəaliyyət göstərir.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müdrik ideyaları, siyasi iradəsi və uzaqgörən qərarları nəticəsində formalaşan Yeni Azərbaycan Partiyası bu günə qədər şərəfli və zəngin bir inkişaf yolu keçmişdir. Ölkəmizin ən güclü və təşkilatlanmış siyasi qüvvəsi kimi tanınan YAP öz fəaliyyətində daim milli maraqları prioritet hesab edərək, dövlətçilik ənənələrinin qorunmasına və möhkəmləndirilməsinə töhfə verir. Bu gün həmin milli maraqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən yüksək səviyyədə təmin olunur. Azərbaycanın əldə etdiyi möhtəşəm nailiyyətlər və mühüm uğurlar, dövlət başçısının dəqiq planlaşdırılmış və mərhələli şəkildə həyata keçirdiyi strateji addımların, eləcə də onun hərbi-siyasi uzaqgörənliyinin real nəticəsidir.
Çıxış edən partiya fəalı, 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılova bildirib ki, 32 illik bu yol təkcə təşkilatın tarixi deyil, bu həm də Xəzər rayonunun sosial-siyasi inkişaf salnaməsinin ayrılmaz hissəsidir. Qarşıda duran məqsəd və vəzifələr isə daha genişmiqyaslıdır. Əminik ki, YAP Xəzər rayon təşkilatı gələcəkdə də milli maraqlara xidmət edən siyasi xəttə sadiqliyini nümayiş etdirəcək, xalqla birgə addımlayaraq yeni uğurlara imza atacaqdır.
Sonda partiya sıralarına yeni qoşulan şəxslərə üzvlük vəsiqələri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərman təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının himni səsləndirilməsi ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36

