Nizami rayon ictimaiyyəti “Zəfərin izi ilə” devizi ilə Qarabağa səfər edib
16.07.2025 [18:22]
Nizami rayon ictimaiyyəti “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu il tarixində Azərbaycana rəhbərliyə gəlməsi münasibətilə “Zəfərin izi ilə” devizi ilə Qarabağa səfər edib.
Səfər çərçivəsində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəalları, könüllüləri, Türk Aqsaqqalları İctimai Birliyinin İdarə Heyətinin və Gənclər Birliyinin üzvləri, eləcə də Nizami rayon ictimaiyyət nümayəndələri əvvəlcə Xankəndi şəhərində Zəfər meydanını ziyarət ediblər. Onlara şəhərin tarixindən, mövcud vəziyyətindən, sosial və mədəni həyatından bəhs edilib. Xankəndinin strateji əhəmiyyəti, həyata keçirilən bərpa işləri və inkişaf perspektivləri diqqətə çatdırılıb.
Sonra Qarabağ Universiteti ilə tanışlıq olub. Tanışlıq zamanı Qarabağ Universitetinin rektoru Şahin Bayramov universitetin elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş məlumat verib. Rektor işğaldan azad edilmiş torpaqlarda həyat və təhsilin məhz şəhidlərin canı və qanı bahasına bərpa olunduğunu vurğulayıb, universitetin fakültələri, ixtisasları və qəbul prosesi barədə ətraflı danışıb.
Nizami rayon ictimaiyyəti Xankəndidən Şuşa şəhərinə gəliblər. Burada Cıdır düzü, Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi, güllələnmiş heykəllər, Şuşa qalası, Gəncə qapısı və İsa bulağını ziyarət ediblər. Onlara şəhərin tarixi və Şuşada Azərbaycan mədəni irsinə qarşı erməni vandalizmi haqqında danışılıb, şəhərdə aparılan sürətli bərpa və yenidənqurma işləri ilə tanışlıq olub.
Şuşa şəhərindən sonra Nizami rayon ictimaiyyəti Laçına səfər edib. Onlara məlumat verilib ki, işğaldan azad olunmuş Laçına 1000-dək ailə qayıdıb. Laçın şəhərində, Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlər üçün qısa müddətdə hər cür şərait yaradılıb. 2026-cı ilin sonuna qədər 12 min insanın öz evlərinə qaytarılması da planlaşdırılır.
Nizami rayon ictimaiyyətinin Laçın şəhər ilə tanışlığından sonra Qarabağa səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

