Şəhid övladları üçün təşkil edilən “Yay məktəbi” uğurla davam edir
11.07.2025 [15:29]
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə iyulun 8-dən start götürən şəhid övladları üçün təşkil edilən “Yay məktəbi”nin üçüncü günü uşaqlar YAP Gəncə şəhər təşkilatının qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Elmar Fətəliyev ilə görüşüblər. Görüş zamanı Həsən Məmmədov uşaqlara dinimiz, onun mahiyyəti və əxlaqi dəyərləri barədə ətraflı məlumat verib. Onlara milli-mənəvi dəyərlərimizin qorunmasının əhəmiyyəti, İslamın insanları sülhə, mərhəmətə və dürüstlüyə çağırdığı izah edib. Bu söhbət uşaqlarda həm dini biliklərini artırıb, həm də onlarda milli kimliyimizə və mənəvi irsimizə daha böyük maraq yaradıb.
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Regional filialının əməkdaşları tərəfindən aparılan təlimdə uşaqlar uğur qazanmağın, özgüvənli olmağın sirləri barədə müzakirələr aparıblar, oyunlar oynayıblar.
Qəhrəman şəhidlərimizin övladları böyük ekranda maraqlı filmə tamaşa ediblər.
Xatırladaq ki, dörd gün davam edəcək yay məktəbinin ilk günu şəhid övladları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və pariya fəalları ilə birlikdə şəhər Şəhidlər Xiyabanına gediblər. Onlar ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüblər, həmçinin “Əbədi məşəl” abidəsini ziyarət edib, xatirə şəkilləri çəkdiriblər. Sonra şəhid övladları YAP Gəncə şəhər təşkilatının qərargahında YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovla səmimi söhbət ediblər. ”Yay məkəbi”nin ikinci günü uşaqlar şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, Mərkəzdə dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat yolu və siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında ətraflı məlumat alıblar. Heydər Əliyev Park kompleksindəki “GəncLand” adlı istirahət və əyləncə mərkəzindəki attraksionlardan, avtodrom və oyun meydançasından istifadə edən şəhid övladları xoş anlar yaşayıblar. Sonra uşaqlar YAP Gəncə şəhər təşkilatının qərargahında “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Regional filialının əməkdaşları tərəfindən aparılan təlimdə iştirak ediblər.
Sonuncu, dördüncü gün isə şəhid övladları Göygöl Dövlət Təbiət Qoruğuna, Göygöl rayonu ərazisində yerləşən “Xan yurdu” yaylaq düşərgəsinə ekskursiya edəcəklər.
Qeyd edək ki, “Yay məktəbi”nin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, onların vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06

