Xankəndi Zirvə görüşü bizim dostluğumuzun daha bir bariz nümunəsidir
07.07.2025 [17:08]
Səyyad Mirzəyev,
YAP Ağdam rayon təşkilatının əməkdaşı
İşğaldan azad edilmiş torpaqlarımızda beynəlxalq tədbirlərin keçirilməsi son illərin ən qürurverici hadisələrindəndir. Ölkəmizin Başçısı cənab İlham Əliyevin iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündəki çıxışında “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” müraciəti hər bir azərbaycanlının qəlbində sonsuz sevinc, qürur hissi yaratdı. 30 ilə yaxın davam edən işğal dövrünün əsas hədəfi olan “Azərbaycan Bayrağının Qarabağda, o cümlədən Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil” çağırışı artıq reallığa çevrilməklə yanaşı, bu gün bu torpaqlarda dost, qardaş, müttəfiq ölkələrin dövlət bayraqları Azərbaycan Bayrağı ilə birlikdə dalğalanır. Bu cənnət məkanda beynəlxalq tədbirlər keçirilir, Qarabağdan, Şərqi Zəngəzurdan dünyaya mühüm mesajlar ünvanlanır. 3-4 iyul tarixlərində Xankəndi şəhərindən beynəlxalq aləmə türk dünyasının qardaşlığının, həmrəyliyinin, birliyinin növbəti mesajları ünvanlandı. Diqqətçəkən mühüm məqamlardan biridə Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı, həmrəyliyi Zirvə görüşünün diqqətçəkən mühüm məqamlarından oldu. Azad Qarabağımız bu günlərdə daha möhtəşəm, qürurlu anlarını yaşadı. Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində bu məkanda ECO-nun üzv dövlətlərinin başçıları və digər rəsmiləri ilə çoxsaylı görüşlərinin hər biri istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında yeni səhifə açdı. Ölkə Başçısı cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında “Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir” söyləyərək budəfəki Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası olduğunu bildirdi. Qeyd etdi ki: “İşğaldan azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Bu sırada Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd edə bilərik”.
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə malikdir. Azərbaycanın zəngin enerji ehtiyatları və əlverişli coğrafi mövqedə yerləşməsi onu regionda aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələrin gücləndirilməsində və əməkdaşlığın genişləndirilməsində maraqlı tərəfdir. Xankəndi Zirvə görüşü ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatı daxilində yüksək etimada, təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini bir daha təsdiqlədi. Xankəndidə keçirilən bu Zirvə görüşü Azərbaycana qarşı illərlə davam etmiş ədalətsizliklərə bir cavabdır. Bu Zirvə görüşü həm də Azərbaycanın beynəlxalq diplomatiyada yeni mövqelər qazanmasının və Qarabağın beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinin təzahürüdür.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

