Keçmişdən gələcəyə dostluq və tərəfdaşlıq
04.07.2025 [20:31]
Bu gün Azərbaycan-Özbəkistan münasibətləri hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyır. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci ildə qurulmuşdur. 1996-cı ilin avqust ayında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin iyul ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlamışdır. Azərbaycan və özbək xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq münasibətləri, ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyət və dil dövlətlərimiz arasında hərtərəfli əlaqələrin inkişafına mühüm töhfə verir.
Qeyd olunmalıdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında təşəkkül tapmış qarşılıqlı hörmət və etimada, eləcə də qardaşlıq münasibətlərinə əsaslanan fəal siyasi dialoq iki ölkə arasında bütün sahələrdə yaxın işbirliyini şərtləndirən və ciddi nailiyyətlərin əldə olunmasını təşviq edən əsas faktor kimi çıxış etməkdədir. Bu baxımdan Özbəkistan Prezidentinin iyulun 2-də ölkəmizə etdiyi rəsmi dövlət səfəri də xüsusi əhəmiyyət kəsb edir.
Hazırda Azərbaycan-Özbəkistan münasibətlərinin bütün sahələrində, o cümlədən siyasi, sosial-iqtisadi, energetika, humanitar, təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı istiqamətləri üzrə intensiv əməkdaşlıq müşahidə edilməkdədir. Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrlə təmin edilib. İyunun 2-də keçirilmiş Dövlətlərarası Şuranın iclası çərçivəsində dövlət başçılarına artıq 10-dan çox layihənin investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edilib. Amma bu, yalnız başlanğıcdır. İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollar olduğu halda, nəzərdə tutulan planlar bu rəqəmi bir neçə dəfə üstələyir və energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq.
Əlbəttə ki, özbək iş adamlarının kənd təsərrüfatı, ilk növbədə, pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoymaları da Azərbaycan üçün kifayət qədər önəmlidir. Özbəkistan şirkətlərin bu sahədə böyük təcrübəyə malikdirlər və bu, həlledici məqamlardan biri kimi çıxış edir. Təsadüfi deyil ki, dövlət başçılarının görüşü zamanı konkret olaraq həm Azərbaycanda, həm də Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişafı üzrə iri layihələr xüsusi müzakirə olunub.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15

