Enerji siyasəti – milli təhlükəsizlik fenomeni
30.06.2025 [16:46]
24 iyun 2025-ci il tarixi Azərbaycan energetika sahəsində əlamətdar və dönüş nöqtəsi olan bir gün kimi yadda qaldı. Həmin gün Mingəçevirdə müasir texnologiyalarla təchiz olunmuş, yüksək gücə malik “8 Noyabr” Elektrik Stansiyasının rəsmi açılışı baş tutdu. Bu mühüm hadisə təkcə yeni bir stansiyanın istifadəyə verilməsi deyil, eyni zamanda Azərbaycanın enerji müstəqilliyinin, ixrac potensialının və dayanıqlı inkişaf strategiyasının daha da gücləndirilməsi baxımından yeni bir mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən açılış mərasimi ölkənin enerji təhlükəsizliyinə və iqtisadi sabitliyinə verdiyi strateji önəmin təzahürü kimi tarixə yazıldı. Beləliklə, iyunun 24-ü Azərbaycan energetika tarixində təkcə texniki deyil, həm də siyasi və iqtisadi əhəmiyyət daşıyan yeni bir səhifənin açıldığı günə çevrildi.
Prezident İlham Əliyev açılış mərasimdə çıxış edərək, ölkəmizin enerji strategiyasının əsas istiqamətləri, “8 Noyabr” Elektrik Stansiyasının iqtisadi və ekoloji əhəmiyyəti, eləcə də layihənin Qarabağ Zəfərinin simvolik adı ilə əlaqələndirilməsinin mənəvi-siyasi əhəmiyyətindən bəhs etmişdir. Bu açılış, həmçinin Azərbaycan dövlətinin postmüharibə dövründə quruculuq və inkişaf yolunda atdığı növbəti strateji addım kimi tarixə yazıldı.
Açılış mərasimində geniş nitq söyləyən Prezident İlham Əliyev bildirdi ki, “8 Noyabr” Elektrik Stansiyasının inşası Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, dayanıqlı iqtisadi inkişafın təmin olunması və müasir texnologiyalara əsaslanan enerji infrastrukturunun qurulması baxımından mühüm mərhələdir. Bu gün istifadəyə verdiyimiz stansiya – həm texniki, həm də mənəvi baxımdan tarixi əhəmiyyətə malikdir. Enerji sahəsindəki bu irimiqyaslı layihə bizim güclü dövlət konsepsiyamızın bariz nümunəsidir.
Dövlətimizin başçısı çıxışında stansiyanın adının “8 Noyabr” qoyulmasına da xüsusi toxundu və bu adın Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfərin simvolu olduğunu vurğuladı: “Biz bu stansiyaya ‘8 Noyabr’ adını verərək həm şəhidlərimizin ruhuna ehtiramımızı ifadə edirik, həm də Zəfərimizin davamlı və gələcəyə yönəlmiş nəticələrini nümayiş etdiririk”.
Stansiyanın Mingəçevirdə yerləşməsi də təsadüfi deyil. Prezident İlham Əliyev çıxışında Mingəçevirin Azərbaycanın enerji mərkəzi kimi tarixi roluna toxunaraq qeyd etdi ki, bu şəhər yeni enerji layihələri ilə öz ənənəsini davam etdirir.
Mingəçevir hər zaman Azərbaycanın energetika mərkəzi olub. Bu gün burada istifadəyə verilən stansiya həm şəhərin inkişafına, həm də regionun iqtisadi potensialının artmasına xidmət edəcək.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasını müstəqil siyasət, xalq-iqtidar birliyi və daxili sabitliyin təşkil etdiyini qeyd edərək bildirdi ki, bu gün enerji sahəsində etdiyimiz hər bir addım Azərbaycanın iqtisadi müstəqilliyini daha da gücləndirir. Biz öz enerjimizi özümüz istehsal edirik, ixrac edirik, eyni zamanda qonşu ölkələrə də dəstək veririk.
Sonda dövlətimizin başçısı stansiyanın tikintisində əməyi olan mühəndislərə, işçilərə və layihə rəhbərliyinə təşəkkür etdi və vurğuladı ki, bu kimi layihələr Azərbaycanın gələcək inkişaf yolunun əsas dayaqlarıdır. Bu gün biz təkcə bir elektrik stansiyasının açılışını etmirik – biz güclü, qüdrətli Azərbaycanın gələcəyinin təməlini möhkəmləndiririk.
Beləliklə, “8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji sektorundakı gücünü, daxili imkanlarına əsaslanan inkişaf yolunu və Zəfərdən doğan yeni dövrün iqtisadi reallıqlarını bir daha nümayiş etdirdi. Bu layihə həm texniki, həm rəmzi, həm də siyasi baxımdan Azərbaycan tarixində mühüm yer tutacaq.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17

