MÜBARİZ İNSAN!
30.06.2025 [13:40]
İyunun 30-da görkəmli alim, akademik, ictimai xadim Cəlal Əliyevin anadan olmasının 97-ci ildönümü tamam olur. Şərəfli ömür yolu, elmi nailiyyətləri , ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış dəyərli alimimiz Cəlal Əliyevin elmi və ictimai fəaliyyətinin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngindir. Cəlal müəllim xarakterinə görə dürüst, fədakar, ədalətli və qorxmaz insan idi. O, həyatının bütün sahələrində və mərhələlərində eyni prinsiplə yaşayıb. Üzləşdiyi çətinliklərə, məhrumiyyətlərə, haqsızlığa baxmayaraq ruhdan düşməyib, mübarizliyindən və əqidəsindən bir addım da geri çəkilməyib, inamla, inadla yoluna davam edib. O, heç kimdən, heç nədən çəkinməyən, qorxmaz, əyilməyən məğrur bir şəxsiyyət idi. Onun xarakterini iki sözlə belə ifadə etmək mümkündür: O, mətin və qayğıkeş bir şəxsiyyət idi. Mübariz, prinsipial, bəzən sərt olduğu qədər də həssas, duyğusal və kövrək idi.
Cəlal Əliyevin Ulu Öndər Heydər Əliyevə qarşı olan sonsuz sədaqətindən günlərlə, aylarla danışmaq olar. Bu gün hamı etiraf və qəbul edir ki, Heydər Əliyevin 1990-cı ildə Moskvadan Vətənə qayıdışının əsasında Cəlal müəllimin xüsusi rolu oldu. Dahi öndərimizdən söz düşərkən onun gözlərində ölçüyəgəlməz dərəcədə bir qürur hissi duyulurdu. O bildirirdi: “Qardaşım olduğu üçün demirəm. Heydər kimi şəxsiyyətlər dünyaya min ildə bir gəlir. Azərbaycan tarixində onunla rəqabət apara biləcək ikinci bir dövlət adamı yoxdur”.
Cəlal müəllim prinsipial, qətiyyətli şəxs idi. O, yeganə elm xadimidir ki, Sovet İttifaqı Kommunust Partiyasının rəsmən buraxılmasından xeyli əvvəl Kommunist Partiyasından çıxmaq haqqında qərar qəbul etdi. O, 1991-ci ildə Elmlər Akademiyasının Partiya Komitəsinə ərizə yazaraq, könüllü olaraq partiya üzvlüyündən imtina etdi. Onun yazdığı ərizənin mətni bir daha sübut edirdi ki, Cəlal müəllim əsl vətənpərvər Azərbaycan ziyalısıdır.
Azərbaycan cəmiyyəti Cəlal Əliyevi Ümummilli Liderimiz Heydər Əliyevin yaxın silahdaşı, əqidə yoldaşı və mübariz bir insan kimi tanıyır. O, bütün qanı və canı ilə dövlətə, dövlətçiliyə, Heydər Əliyevə bağlı olan insan idi. Cəlal müəllim fədakar qardaş, fədakar ictimai xadim idi. Onun Heydər Əliyevə olan münasibəti ilə Azərbaycan uğrunda apardığı əzmkar mübarizə arasında paralelellər də aparmaq olar. O, həmişə Heydər Əliyevin yanında olub, çətin sınaqlarda və şərəfli dövlət quruculuğunda çiyin-çiyinə mübarizə aparıb. Kiçik qardaş kimi Cəlal müəllim Heydər Əliyevə, onun ailəsinə siyasi mərkəzdən yönləndirilən təzyiqlərə qarşı fərqli bir mövqe nümayiş etdirdi, iftiralara, yalanlara, təhqirlərə dirəniş göstərən böyük mübarizə cəbhəsi açmışdı. 1987-ci ildə Siyasi Bürodan istefa verəndən dərhal sonra Heydər Əliyevin əleyhinə yönəlmiş kampaniya onun yaxınlarından yan keçməmişdi. Mərkəzi və yerli mətbuatda qərəzli, təhqiramiz yazılar dərc edilirdi. “Pravda”,” Sovet kəndi” və başqa qəzetlərdə Heydər Əliyevə və onun qardaşlarına saysız-hesabsız böhtanlar yağdırılırdı. Amma bütün bunlar Cəlal müəllimi yolundan çəkindirə bilmədi. Heç nədən qorxmayaraq, həmin dövrdə qəzetlərdə yazılan böhtanların qarşısını cəsarətlə alır, bütün təzyiqlərə baxmayaraq, mübarizəsindən geri çəkilmirdi. Cəlal müəllim həyatının bütün mərhələlərini ədalət uğrunda mübarizəyə həsr etmişdi. İstət alim, istərsə qardaş və hətta ictimai-siyasi xadim kimi də Cəlal Əliyev yalnız bir missiyanı yerinə yetirirdi: haqsızlıqla barışmamaq, sınmadan, boyun əymədən yaşamaq. Həmişə dərin inam hissi və yorulmaq bilməyən fəaliyyəti ilə zəngin və qüdrətli Azərbaycan quruculuğunun ön sıralarında olub, ölkəmizin xoşbəxt gələcəyi naminə çalışıb. Ulu Öndərimizin tərəfdarları Cəlal müəllimi döyüşən, canlı “Heydər Əliyev mərkəzi”hesab edirdilər.
1990-cı illərin əvvəlində baş verən mürəkkəb proseslər fonunda Cəlal Əliyev Azərbaycanın nicatını Heydər Əliyevin Bakıya qayıtmasında və ölkəyə rəhbərlik etməsində görürdü. Bu məqsədə çatmaq üçün o Ulu Öndərimizin Moskvadan Bakıya qayıtmasına çalışırdı. O, özü qədər Heydər Əliyevə sadiq olan insanlara müzakirələr açır, onun Bakıya qayıtması üçün çıxış yolu axtarırdı. Yaxşı xatirimdədir, Cəlal müəllim Əjdər Xanbabayev, Aqil Əliyev və mənimlə görüşündə bütün təhlükələrə baxmayaraq, Heydər Əliyevin Vətənə qayıtmasını israrla söyləyirdi. Lakin Əjdər Xanbabayev sui-qəsd nəticəsində öldürüldükdən sonra Heydər Əliyevin Moskvadan Bakıya qayıdışı bir müddət təxirə düşdü. O vaxtkı hakimiyyət Heydər Əliyevin Bakıya dönüşünü əngəlləmək üçün Cəlal Əliyevə də ciddi təzyiqlər göstərirdi. Amma bütün bunlar heç bir nəticə vermədi. 1990-cı ilin yayında Moskvadan Bakıya qayıdan Heydər Əliyev gəldiyi günün gecəsi Cəlal müəllimin evində qaldı. Səhəri gün isə Naxçıvana getdi.
Cəlal müəllim respublikamızın müstəqilliyi və dövlətçiliyi təhlükə altında olanda Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışı üçün həyatını təhlükəyə atdı, ölümdən belə qorxmadı. Bu prosesdə Heydər Əliyevin tərəfdarları məhz onun ətrafında toplaşırdılar. Buna görə də Cəlal müəllimi əsl fədai hesab etmək olar. O, fədakarlığı və cəsarəti ilə neçə-neçə insana örnək olan, Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasında əvəssiz xidmətləri olan və YAP-ın “Qızıl Fondu”nda adı olan ziyalılardandır. Uzun və şərəfli mübarizə öz nəticəsini verdi. 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq xalqımızı bütün çətinliklərdən xilas etdi. Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti bu gün ən güclü və qüdrətli dövrünü yaşayır. Buna görə də, akademik Cəlal Əliyevin ruhu bu gün şaddır. Biz hər zaman bu mübariz insanın əziz xatirəsini böyük ehtiramla yad edirik. Akademik Cəlal Əliyevin həyat və fəaliyyəti prinsipiallıq, əqidəsinə sadiqlik və mübarizlik örnəyi kimi daim yaşayacaq!
Rizvan VAHABOV,
Yeni Azərbaycan Partiyasının üzvü
Xəbər lenti
Hamısına baxDünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44

