Azərbaycan və Türkiyə qardaşlığının bariz nümunəsi
17.06.2025 [21:30]
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən İkinci Qarabağ müharibəsi otuzillik işğala son qoydu. Azərbaycan tarixi, əzəli torpaqlarını düşmən tapdağından azad etdi və ərazi bütövlüyünü bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş şanlı zəfər tarixinə qızıl hərflərlə yazıldı.
2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyənnamə imzalandı. Bu tarixi Bəyannamənin Milli Qurtuluş Günündə, həmçinin Şuşada imzalanmasının böyük rəmzi mənası vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayib Ərdoğanın əyləşdikləri yerin arxa fonunda ermənilər tərəfindən dağıdılmış, viranə qoyulmuş bina görünürdü. Bütün dünyanın gözü imzalanacaq olduqca mühüm Bəyannamədə olduğu halda Dövlət başçılarının arxalarında görünən fon erməni vandalizmini, vəhşiliyini bir daha beynəlxalq aləmə nümayiş etdirirdi.
Bəyannaməni imzalamaqla Azərbaycan və Türkiyə düşmənə eləcə də, onların havadarlarına ciddi mesaj vermis oldu. Həmçinin Bəyannamə müstəqilliyimizin daimiliyini, sarsılmazlığını möhkəmləndirdi .
Bəyannamədə yer alan əsas məqamlardan biri Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlər yer alıb. Qeyd edilir ki, iki qardaş ölkə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edəcək.
Eyni zamanda Bəyannamədə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulanıb.
Türkiyə və Azərbaycan münasibətləri bu gün iki qardaş ölkənin Prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin rəhbərliyi ilə ən yüksək səviyyədədir. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamə iki qardaş, dost ölkə arasındakı isti münasibətlərin pik nöqtəsidir. Dövlət başçımızın söylədiyi kimi Şuşa Bəyannaməsi ilə Türkiyə - Azərbaycan əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qalxdı.
2022-ci ildə “Qafqaz və region üçün sülh və sabitlik”, 2023-cü ildə “Qurtuluşdan Zəfərə”, həmçinin 2024-cü ildə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda Bəyannamənin ildönümündə keçirilən beynəlxalq konfranslar bu sənədin yalnız hüquqi deyil, həm də siyasi simvolik rəmzə çevrildiyini göstərir.
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

