15 iyun - Milli Qurtuluş Günü Lökbatan tibb mərkəzində açıq havada qeyd edildi
14.06.2025 [13:59]
2025-ci il İyunun 13-də Bakının Qaradağ rayonunda yerləşən Lökbatan Tibb Mərkəzində (LTM) 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar Lökbatan Tibb Mərkəzinin YAP Qaradağ rayon təşkilatı ilə birlikdə təşkil etdiyi mitinq keçirilib.
Mitinqdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, LTM-nin direktoru, professor Elçin Hüseynov, Qaradağ rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva, Mərkəzin həkimləri və texniki heyəti, həmçinn rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, görkəmli oftomoloq alim, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan LTM-in direktoru Elçin Hüseynov bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinın ana xəttini azərbaycan dövlətçiliyinə xidmət təşkil edir. Ulu öndərin həyat və fəaliyyətindən ətraflı bəhs edən professor Elçin Hüseynov bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçıları salamlayaraq onları 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab olunan Qurtuluş Günündən sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb. Bununla da Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub. Ulu öndərin siyasi xəttini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlahm Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində Böyük Zəfər çalaraq Ərazi bütövlüyünü və suverenliyini tam təmin edib.
Müasir Azərbaycan tarixinə həmin günün qızıl hərflərlə yazıldığını vurğulayan YAP Qaradağ rayon təşkilatının sədri qeyd edib ki, həmin vaxt Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətimizi itirmək təhlükəsindən, xaosdan, vətəndaş qarşıdurmasından, qonşu Ermənistan tərəfindən ərazilərimizin işğalının davam etməsindən xilas edib. Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində Azərbaycan xalqının başına gətirilən böyük faciələrin Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasından sonra baş verdiyini xatırladan YAP rayon təşkilatının sədri məhz Ulu öndərin hakimiyətə qayıdışından sonra bütün bunlara son qoyulduğunu bildirib.
Tədbirdə digər çıxış edənlər: Qaradağ rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva, Lökbatan xəstəxanasının baş həkimi Cəmilə Xanmuradova və digərləri Ümummili lider Heydər Əliyevin adının həm də Azərbaycan mənasını verdiyini qeyd edərək bu dahi şəxsiyyətin xaqlımız qarşısında əvəzsiz xidmətlərindən danışıblar.
Tədbir bayram konserti ilə davam edib. Vətənpərvərlik mahnılarının mahir ifaçısı, əməkdar artist Şəmistan Əlizamanlı milli vətənpərvərlik ruhu yüksəldən mahnılar ifa edib.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

