Laçında tarixi zirvə - yeni dövrün başlanğıcı
02.06.2025 [17:42]
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri
Mayın 28-də Laçında keçirilən Zirvə görüşü Azərbaycan, Türkiyə və Pakistan liderləri – Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə böyük tarixi əhəmiyyət daşıyan bir hadisəyə çevrildi. Bu görüş təkcə üç qardaş ölkənin dostluq və tərəfdaşlığını nümayiş etdirməklə kifayətlənmədi, həm də regionda sülhün, əməkdaşlığın və ortaq inkişafın yeni mərhələsini işıqlandırdı.
Zirvə görüşünün keçirildiyi Laçın rayonu uzun illər işğal altında qalmış, 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş tarixi torpaqlarımızdandır. Laçının yenidən dirçəldilməsi və burada böyük bərpa işlərinin aparılması Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin simvoludur. Bu gün Laçınlılar doğma evlərinə qayıdır, dövlət tərəfindən yeni yaşayış evləri istifadəyə verilir. Ərazidə üç qardaş ölkənin birgə səyləri ilə inşa olunan müasir infrastrukturlar, o cümlədən Laçın beynəlxalq aeroportunun açılışı regionun iqtisadi və nəqliyyat potensialını artırır. Bu aeroport qardaş Türkiyə Prezidentinin iştirakı ilə istifadəyə verilib və Qarabağ, Şərqi Zəngəzurda açılan üçüncü beynəlxalq hava limanı kimi böyük strateji əhəmiyyət daşıyır.
Azərbaycan, Türkiyə və Pakistan liderlərinin birgə zirvə görüşündə vurğulanan əsas məqamlar ölkələr arasındakı dərin tarixi, siyasi və mənəvi bağlılığı göstərdi. Bu dostluq, müttəfiqlik münasibətləri yalnız xalqların yaxşı günlərində deyil, çətin anlarda da bir-birinin yanında olması ilə fərqlənir. 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın Azərbaycanın yanında olması xalqın qəlbində silinməz izlər buraxıb.
Enerji, nəqliyyat və müdafiə sahələrində üç ölkə arasında möhkəm əməkdaşlıq qurulub. Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi enerji layihələri geniş regional təsirə malikdir, bərpa olunan enerji sahəsində aparılan işlər gələcəyə inam yaradır. Multimodal nəqliyyat marşrutları Asiyanı Avropaya birləşdirir və Pakistan bu təşəbbüslərdə fəal iştirak edir. Müdafiə sahəsində birgə hərbi təlimlər və texniki əməkdaşlıq bölgədə sülhün möhkəmlənməsinə töhfə verir.
Zirvə zamanı Azərbaycanın tarixi müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəsi də xüsusi diqqətə çatdırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin qısa ömrü, sovet işğalı, 20-ci əsrin əvvəllərində Qərbi Zəngəzurun Ermənistan ərazisinə birləşdirilməsi, 1991-ci ildə müstəqilliyin bərpası və Ermənistanın işğal siyasəti nəticəsində yaranan ağır faciələr – bütün bu tarixi faktlar zirvə müzakirələrinin fonunu təşkil etdi. Xocalı soyqırımı və uzun illər davam edən işğal dövrü Azərbaycan xalqının haqq mübarizəsini daha da möhkəmləndirdi. 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində ölkəmiz öz beynəlxalq səviyyədə tanınan sərhədlərini bərpa etdi, 2023-cü ildə isə tam suverenliyini təmin etdi.
Hazırda işğaldan azad edilən bölgələrdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, minlərlə məcburi köçkün doğma yurdlarına geri dönür. Qarabağ və Şərqi Zəngəzurda artıq on minlərlə insan yaşayır, iş qurur və bölgənin yenidən inkişafında fəal iştirak edir.
Laçında keçirilən Zirvə görüşü üç ölkə arasındakı strateji əməkdaşlığın yalnız rəsmi tədbirlərdə deyil, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilməsinin bariz nümunəsidir. Bu həm də qələbənin, dostluğun və ortaq gələcəyin möhtəşəm təntənəsidir.
Azərbaycan, Türkiyə və Pakistan artıq sübut ediblər ki, onlar regional sabitlik və inkişafın əsas dayaqlarıdır. Bu qardaşlıq, ortaq dəyərlər üzərində qurulmuş möhkəm münasibətlər və davamlı əməkdaşlıqla gələcək nəsillər üçün yeni imkanların qapısını açır.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

