YAP Sədrinin müavini Rusiyanın Perm şəhərində səfərdədir
29.05.2025 [22:28]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Rusiyanın hakim “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyasının dəvəti ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin 43-cü iclası və “Böyük Avrasiyada vahid, bərabər təhlükəsizlik və əməkdaşlıq sisteminin formalaşması problemləri üzrə beynəlxalq ictimai-siyasi dinləmələr” mövzusunda keçirilən Forumda iştirak etmək məqsədilə Rusiya Federasiyasının Perm şəhərində səfərdədir.
Mayın 29-da Forumun plenar sessiyasında “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvü, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi sədrinin müavini Andrey Klimov Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına məktubunu səsləndirib. Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edərək Avrasiyada təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılması üçün birgə fəaliyyətə və müvafiq strukturların yaradılmasına ehtiyac duyulduğunu bildirib.
Tədbirdə Rusiya hökuməti və “Yedinaya Rossiya” Partiyasının rəsmi şəxsləri ilə yanaşı, bir sıra xarici nümayəndə heyətlərinin rəhbərləri də çıxış ediblər.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov plenar sessiyada çıxış edərək səmimi qonaqpərvərliyə görə “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyasına, həmçinin bu mühüm platformada çıxış etmək imkanı yaratdıqları üçün Forumun təşkilatçılarına və ICAPP Daimi Komitəsinə təşəkkür edib, Forumun işinə uğurlar arzulayıb.
Tahir Budaqov bildirib ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sistemi bugünədək görünməmiş böhranla üzləşmiş, beynəlxalq hüquq normalarının faktiki iflic vəziyyətinə düşdüyü bir şəraitdə Birləşmiş Millətlər Təşkilatı hərbi-siyasi qarşıdurmaların, humanitar fəlakətlərin qarşısının alınması, münaqişələrin ədalətli həlli və qarşılıqlı faydalı əməkdaşlığın təşviqi kimi vəzifələrin öhdəsindən gəlməkdə aciz qalmışdır: “Xaos və qlobal kataklizmlər fonunda meydana çıxan geosiyasi şərait və çoxqütblü dünya nizamına keçid prosesinin genişlənməsi günümüzün reallıqlarını əks etdirir. Belə bir şəraitdə milli və qlobal təhlükəsizlik məsələləri dövlətlərin siyasi gündəliyində başlıca yer tutur”.
YAP Sədrinin müavini qeyd edib ki, SSRİ-nin dağılması ərəfəsində qonşu Ermənistan tərəfindən kütləvi etnik təmizləməyə, müstəqilliyini bərpa etdikdən sonra isə soyqırımı və genişmiqyaslı hərbi təcavüzə məruz qalmış, ərazisinin 20 faizi işğal edilmiş, BMT-nin erməni silahlı birləşmələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, 30 ilə yaxın ikili standartlar, qərəzli və ədalətsiz münasibətlə üzləşmiş Azərbaycan üçün istər regionda, istərsə də Avrasiyanın daha geniş coğrafi və geosiyasi məkanında sabitlik və qarşılıqlı faydalı əməkdaşlığın təmini strateji prioritetlərdən biridir: “Ərazi bütövlüyü və tam suverenliyini bərpa edərək tarixi ədaləti bərqərar edən Azərbaycan BMT-nin sözügedən qətnamələrinin icrasını öz gücü hesabına təmin etməklə müstəsna beynəlxalq siyasi-hüquqi presedent yaratmış, təkcə Cənubi Qafqaz regionunda deyil, bütövlükdə Avrasiya məkanında davamlı sülh və konstruktiv əməkdaşlıq üçün geniş imkanlar formalaşdırmışdır. Ölkəmiz dayanıqlı sülh, təhlükəsizlik və tərəfdaşlıq naminə hərbi-siyasi təhdidlərin qarşısının alınması, iqtisadi, ekoloji, humanitar və digər sahələrdə təhlükəsizliyin təmin olunması məqsədilə beynəlxalq hüquq normaları əsasında hərtərəfli fəaliyyətin tərəfdarıdır”.
Azərbaycanın müasir qlobal çağırışlara cavab verən milli təhlükəsizlik konsepsiyasına malik olduğunu vurğulayan Tahir Budaqovun sözlərinə görə, ölkəmiz həm regional, həm də qlobal səviyyədə çoxvektorlu enerji siyasəti həyata keçirir, özünün geostrateji potensialından, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarından səmərəli istifadə etməklə beynəlxalq əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir: “Eyni zamanda, Azərbaycan terrorçuluq, ekstremizm, separatizm və neokolonializm kimi təhdidlərə qarşı mübarizəyə yönəlmiş beynəlxalq səyləri öz əməli fəaliyyəti ilə dəstəkləyir. Ekoloji təhlükəsizliyin təmin edilməsi də aktual məsələ kimi dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Azərbaycanın “yaşıl enerji” konsepsiyasına uyğun həyata keçirdiyi siyasət iqlim dəyişikliyinin fəsadlarına qarşı qlobal mübarizəyə önəmli töhfə kimi yüksək dəyərləndirilir. Nəticə etibarilə, bütün bunlar nəinki Avrasiyada sabitlik və tərəqqi, qlobal təhlükəsizlik və çoxşaxəli əməkdaşlığın təmini baxımından da böyük əhəmiyyətə malikdir”.
“Müasir dövrdə olduqca vacibdir ki, baş verən geosiyasi proseslər beynəlxalq hüququ pozan və sərhədsiz zorakılıqlara səbəb olan qlobal təhdidə çevrilməsin. Buna görə də ümumbəşəri dəyərlər və ortaq maraqlar naminə dövlətlər, siyasi partiyalar və vətəndaş cəmiyyəti təsisatları bir araya gəlməli, siyasi, iqtisadi, humanitar və digər sahələrdə təhlükəsizliyin dəstəklənməsi yönündə səylərini birləşdirməlidirlər. Biz yalnız qarşılıqlı faydalı əməkdaşlıq şəraitində birgə səylərimizlə, milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına riayət etməklə Avrasiya məkanında davamlı təhlükəsizliyin təminində ciddi irəliləyişlərə nail ola və xalqlarımızın gələcəyi naminə önəmli uğurlara imza ata bilərik”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Həmin gün YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarına verilən rəsmi ziyafətə qatılıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59

