TDT həm ortaq tarixə, həm də ortaq gələcəyə malik təşkilatdır
27.05.2025 [15:45]
Son illərdə Azərbaycan və digər türk dövlətləri arasında müxtəlif sahələrdə əməkdaşlıq dərinləşməkdədir. Qlobal və regional miqyasda artan iqtisadi inteqrasiya fonunda türk dünyasını birləşdirən ortaq nəqliyyat layihələri həm siyasi, həm də iqtisadi baxımdan strateji önəm kəsb edir.
Məhz bunun bariz nümunəsi olaraq, 2025-ci ilin may ayında Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü baş tutdu. Bu önəmli tədbir türkdilli ölkələrin birliyi, əməkdaşlıq istiqamətində atılan mühüm addımlardan biri kimi tarixə düşdü. Görüşün yekununda qəbul olunan Bəyannamə isə türk dövlətləri arasında strateji tərəfdaşlığın daha da dərinləşəcəyini təsdiqlədi.
Zirvə görüşü TDT üzv dövlətləri, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi statusunda olan Türkmənistan və Macarıstan rəhbərlərinin iştirakı ilə keçirildi. Görüşün əsas məqsədi türk dövlətləri arasında siyasi, iqtisadi, humanitar və mədəni əməkdaşlığı daha da inkişaf etdirmək, regional sabitliyi və təhlükəsizliyi təmin etmək, o cümlədən ortaq tarix, dil və mədəniyyət əsasında yeni təşəbbüsləri müzakirə etmək idi.
Zirvə görüşündə Azərbaycanın aktiv rolu bir daha ön plana çıxdı. Prezident İlham Əliyevin çıxışında Türk dünyasının geosiyasi əhəmiyyətinin artdığı vurğulandı. Azərbaycan regionda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, enerji layihələrinin icrası və mədəni inteqrasiyanın gücləndirilməsi sahəsində öz töhfəsini verməyə hazır olduğunu bəyan etdi.
Ümumiyyətlə, nəzər yetirsək görərik ki, Azərbaycanın coğrafi mövqeyi regionda tranzit ölkə kimi onun rolunu artırır. Ölkəmiz Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bu baxımdan Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə həyata keçirilən Orta Dəhliz layihəsi xüsusi əhəmiyyət daşıyır. Çin və Mərkəzi Asiyadan yüklərin Xəzər dənizi üzərindən Azərbaycana, oradan isə Gürcüstan və Türkiyə vasitəsilə Avropaya daşınması bu dəhliz sayəsində daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilir.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi türk dövlətləri arasında nəqliyyat əlaqələrinin inkişafında mühüm addımlardan biridir. Bu layihə Azərbaycanın, eləcə də Türkiyə və Gürcüstanın regiondakı nəqliyyat infrastrukturuna verdiyi töhfənin bariz nümunəsidir. BTQ həm də türk dövlətləri arasında iqtisadi əməkdaşlığı dərinləşdirir, yük və sərnişin daşımalarının artmasına imkan yaradır.
Nəticə etibarilə, Azərbaycan və türk dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlığın güclənməsi yalnız bu ölkələrin deyil, bütövlükdə Avrasiya regionunun iqtisadi sabitliyinə və inkişafına xidmət edir. Qarşılıqlı etimada əsaslanan bu əməkdaşlıq gələcəkdə türk dünyasının daha sıx inteqrasiyasına zəmin yaradır.
TDT-nin son Zirvə görüşü göstərdi ki, türkdilli ölkələr təkcə ortaq tarixə deyil, eyni zamanda ortaq gələcəyə də sahib olmaq istəyirlər. İmzalanan Bəyannamə bu istəyi rəsmi şəkildə sənədləşdirdi. Türk birliyi artıq yalnız mədəni-mənəvi platforma deyil, həm də güclü siyasi və iqtisadi təşkilat kimi formalaşmaqdadır.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28

