Azərbaycan-Macarıstan əlaqələri möhkəm təməl üzərində qurulub
22.05.2025 [17:21]
Azərbaycan özünün xarici əlaqələrinin istər müxtəlif beynəlxalq təsisatların tərkibində, istərsə də ayrı-ayrı ölkələrlə ikitərəfli və ya çoxtərəfli formatlarda inkişaf etdirilməsini hər zaman xüsusi diqqət mərkəzində saxlayır. O cümlədən hazırda bir çox Avropa dövlətləri ilə ölkəmizin əlaqələri artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Artıq uzun müddətdir ki, Azərbaycanla dostluq münasibətlərini inkişaf ölkələrdən biri də Macarıstandır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin may ayının 20-si tarixində Macarıstana işgüzar səfəri bunu bir daha təsdiqlədi. Dövlətimizin başçısı Budapeştdə mətbuata verdiyi bəyanatında da vurğuladı ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduqları beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstəyi daha da gücləndirəcəklər. Azərbaycan və Macarıstan arasında olan strateji tərəfdaşlıq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Xüsusilə bu gün Azərbaycan və Macarıstan energetika sahəsində uğurlu əməkdaşlıq edirlər.
Ölkələrimizin ikitərəfli gündəliyi də kifayət qədər genişdir. Macarıstan şirkətləri Azərbaycanın “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında həyata keçirilən iki əsas neft və qaz layihəsində pay sahibidirlər. Növbəti ildən isə Azərbaycanın qurudakı neft yataqlarında da Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Azərbaycan keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Ölkəmizin təbii qaz ehtiyatları imkan verir ki, Macarıstanın tələbatı tam ödənilsin. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Maraqlıdır ki, boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan nəinki Avropa məkanında, hətta dünya miqyasında qabaqcıl yerlərdədir. Cənab Prezident öz bəyanatında qeyd etdi ki, bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Eyni zamanda da ölkəmiz Macarıstanla yaşıl enerji üzrə fəal işləyir. Növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal olunacağı gözlənilir. Təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti Türkiyə və Avropa ölkələri olacaqdır.
Sonda bir mühüm məqamı da qeyd edək ki, Macarıstanın müstəqil siyasət aparan nadir ölkələrdən olması Azərbaycanla dostluq əlaqələrinin inkişafı baxımından son dərəcə mühüm amildir. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Lakin Macarıstanın Baş naziri həmişə öz ölkəsinin və xalqının milli maraqlarını hər şeydən üstün tutub. Məhz bu yanaşma ölkələrimiz arasında yaxınlaşmanı stimullaşdıran əsas amillərdən biri olub.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19

