“Muzeylərimiz, tarixi abidələrimiz – milli sərvətimizdir” mövzusunda tədbir keçirilib
17.05.2025 [12:37]
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Muzeylərimiz, tarixi abidələrimiz – milli sərvətimizdir” mövzusunda tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov qeyd edib ki, muzeylər zamanın müəyyən məqamlarını özündə yaşadan, müxtəlif dövrlərin hadisələri barədə məlumat verən eksponatları toplayan, qoruyan, öyrənən və nümayiş etdirən maddi-mənəvi irs xəzinəsidir.
Onun sözlərinə görə, muzeylər eyni zamanda tarixin canlı şahidi, keçmişimizi və bu günümüzü gələcək nəsillərə çatdıran ən dəyərli vasitədir. Muzeylərin əsas vəzifəsi yalnız eksponatların qorunması və öyrənilməsi ilə məhdudlaşmır, həm də bu irsin təbliğini əhatə edir.
İlqar İlyasov diqqətə çatdırıb ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə hər zaman dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilib. Bu sahənin inkişafı, muzeylər şəbəkəsinin formalaşması bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin 2007-ci il 6 mart tarixli “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” Sərəncamı və 2009-cu il 22 may tarixli sərəncamla təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı” bu istiqamətdə hüquqi və institusional bazanın formalaşdırılmasına xidmət edir.
Tədbirdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində mədəniyyət obyektlərinə, muzeylərimizə dəyən ziyan da xüsusi vurğulanıb. Bildirilib ki, işğal dövründə bir çox muzeylər dağıdılıb, eksponatları Ermənistan muzeylərinə daşınaraq saxtakarlıqla “erməni mədəniyyəti” nümunələri kimi təqdim edilib.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövləti dərhal Böyük Qayıdış Proqramını həyata keçirməyə başlayıb. Azad olunmuş ərazilərdə yollar çəkilir, məktəblər, xəstəxanalar tikilir, infrastruktur bərpa olunur. Bununla yanaşı, dini və tarixi abidələrin, muzeylərin yenidən bərpası və qorunması istiqamətində də ciddi addımlar atılır. Artıq minlərlə keçmiş məcburi köçkün doğma yurdlarına ləyaqətlə qayıdır.
Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuruyeva və Laçın Dövlət Rəsm Qalereyasının direktoru Xaliq Dünyamalıyev çıxışlarında qeyd ediblər ki, ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində muzeylərin qorunması və milli irsimizin təbliği istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Bu gün Azərbaycan muzeyləri milli dəyərlərimizin mühafizəsinə və azərbaycançılıq məfkurəsinin təbliğinə xidmət edən mühüm ideoloji məkanlara çevrilib.
Vurğulanıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın davamlı diqqət və qayğısı nəticəsində son 20 ildə ölkəmizdə yeni muzeylərin yaradılması mədəni quruculuğun inkişafına əhəmiyyətli töhfə verib.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

