/ / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
10.05.2025 [18:29]
10 may 2025-ci il tarixində Qusar Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Əvvəlcə rayon ərazisində fəaliyyət göstərən müəssisələrin kollektivləri və ictimaiyyət nümayəndələri tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, xatirəsi dərin ehtiramla yad edilmişdir.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, YAP Qusar Rayon Təşkilatının sədri və kollektivi, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında söhbət açaraq qeyd edib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ulu Öndər müstəqil Azərbaycan dövlətçiliyinin siyasi-iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olması arzusunu təmin edərək fenomen şəxsiyyət kimi hələ sağlığında canlı əfsanəyə çevrilmiş, ürəklərdə əbədi bir heykəl ucaltmışdır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, cənab Azər Badamov Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, xalqımız və Vətənimiz qarşısındakı misilsiz xidmətlərindən, xilaskarlıq missiyasından söhbət açaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin böyük fədakarlıqları hesabına Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edilib. Onun Azərbaycanı tənəzzüldən xilas edərək çıxardığı tərəqqi yolu dövlət başçımızın rəhbərliyi ilə uğurla inkişaf etdirilir, dövlətimiz gündən-günə iqtisadi, siyasi və hərbi cəhətdən daha da möhkəmlənir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri David İbramxəlilov, “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunmuş Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov və Partiya veteranı Əliyulla Ağalarov Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində əvəzsiz rolundan, xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edərək, onunla bağlı xatirələrini bölüşüblər.
Tədbirdə fəal gənc Rəmziyyə Əliyeva və Qusar şəhər 2 nömrəli tam orta məktəbin şagirdi, “Ən yaxşı təqdimat” müsabiqəsinin Respublika mərhələsinin qaliblərindən olan Nuray Rəhimovanın Ulu Öndər Heydər Əliyevlə bağlı çıxışları dinlənilib. Nuray Rəhimova Qusar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.
Sonda partiya sıralarına yeni qoşulan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

