Strateji Baxış: İlham Əliyevin CGTN-ə müsahibəsində əsas mesajlar
02.05.2025 [18:25]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il aprelin 25-də Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Müsahibədə iki ölkə arasındakı münasibətlər, iqtisadi əməkdaşlıq, enerji sahəsindəki layihələr və beynəlxalq əlaqələr barədə ətraflı məlumatlar təqdim olunub. Prezident İlham Əliyev, Azərbaycan və Çin arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, bu əməkdaşlığın hər iki ölkənin maraqlarına uyğun inkişaf etdiyini qeyd edib. O, xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın fəal iştirakını və bu layihənin regional və qlobal əhəmiyyətini önə çəkib. Bu çərçivədə, Azərbaycanın infrastruktur layihələrinə, o cümlədən Ələt Azad İqtisadi Zonasının yaradılmasına diqqət çəkib. Prezident, Azərbaycanın enerji sektorunda yaşıl enerji istehsalına xüsusi diqqət yetirdiyini bildirib. 2027-ci ilə qədər 2 qiqavat, 2030-cu ilə qədər isə 6 qiqavat gücündə günəş və külək enerjisi istehsalının hədəfləndiyini qeyd edib. Bu layihələrdə Çin istehsalı olan günəş panelləri və batareyaların istifadə edildiyi vurğulanıb. Eyni zamanda, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin altından enerji kabeli çəkilməsi barədə razılaşma imzalanıb ki, bu da regional enerji əlaqələrini gücləndirəcək. Prezident İlham Əliyev, Azərbaycanın beynəlxalq münasibətlərdə balanslı və müstəqil siyasət yürüdüyünü qeyd edib. O, liderlik anlayışını, xalqa dürüstlük və ədalət prinsipləri əsasında qurmağın vacibliyini vurğulayıb. Prezident, liderlərin verdikləri vədləri yerinə yetirmələrinin və xalqlarına qarşı dürüst olmalarının siyasi sabitlik üçün əsas olduğunu bildirib. Ümumilikdə, Prezident İlham Əliyevin Çin Televiziyasına verdiyiu müsahibədə, Azərbaycan və Çin arasındakı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və beynəlxalq münasibətlərdə ədalətli liderlik prinsiplərinin tətbiqinin vacibliyi bir daha təsdiqlənib.
Xəbər lenti
Hamısına baxHadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10

