Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib
25.04.2025 [22:17]
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il aprelin 21-də Çinin Sinxua agentliyinə müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində Astanada ÇXR-in Sədri ilə görüşü əsnasında əldə olunan razılaşmaya diqqəti yönəldərək ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin gələcək inkişafından, onların keyfiyyətcə yeni məzmunla zənginləşməsindən bəhs etmişdir.
Daha sonra cənab Prezident “Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bəli, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb” qeyd etmişdir. Ancaq bu son hədd deyil. Yaxın gələcəkdə ticarət tərəfdaşlığının daha böyük rəqəmlərlə ifadə olunacağı gözlənilir.
Azərbaycanın dövlət başçısı Çin və Azərbaycan arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafından danışarkən, ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirib.
Bu zamanın tələbidir. Çinlə əməkdaşlıq labüddür. Çünki bəzilərində gözlə görünən, bəzilərində isə gizli şəkildə davam edən tənəzzül dövrünə qədəm qoymuş böyük dövlətlərdən fərqli olaraq Çin son 30 ildə dinamik şəkildə inkişaf edir. Bu, artıq beynəlxalq miqyasda etiraf olunur və “Çin iqtisadi möcüzəsi”, “Çin fenomeni” adlandırılır. Ona görə də Çinlə yaxınlaşmaq, bu ölkə ilə əməkdaşlıq etmək faydalı və zəruridir.
Çin bəzi ölkələrdən fərqli olaraq digər dövlətlərlə münasibətini çox vaxt siyasi müstəviyə çıxarmır, heç bir dövlətə öz ideologiyasını diktə etməyə çalışmır, qarşılıqlı faydalı iqtisadi əlaqələr formalaşdırmağa cəhd edir. Çin dövlətinin başlıca məqsədi işləmək, yeni iş yerləri yaratmaq, biznesi inkişaf etdirmək, aqrar sektorda, sənayedə yeni-yeni nailiyyətlər qazanmaq, vətəndaşların rifahını yüksəltmiş, elmi-texniki tərəqqinin insanlara faydasını artırmaqdır.
Çin dünyanın bütün nöqtələrində iqtisadi-ticari əməkdaşlığına önəm verdiyi kimi, Qafqaz regionunda da reallaşdırılmayan böyük potensialın mövcudluğunu görür. Qeyd edək ki, bu gün qardaş Özbəkistanın avtomobil və məişət cihazları sənayesinin yüksək templə inkişafı, artıq dünya bazarına çıxması məhz Çin investisiyalarının və texnologiyalarının sayəsində başa gəlib. Azərbaycan da həmin imkanlardan bəhrələnməlidir.
Ölkəmizdə Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i aktiv fəaliyyət göstərir. Dövlət başçısı müsahibəsində qeyd edib ki, hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır. Azərbaycanın ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir və ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir.
Bir sözlə, ölkəmizin gələcək inkişafı, əhalimizin rifahı və təhlükəsizliyi üçün biz çoxtərəfli siyasi-iqtisadi əlaqələr qurmalı, fayda vəd edən güc mərkəzləri ilə anlaşmalı, əməkdaşlıq etməliyik. Məşhur ifadə ilə desək, elm Çində də olsa, onun dalınca getmək lazımdır. Sadəcə, “elm” sözünə “tərəqqi”, “rifah”, “mənfəət” kəlmələrini də əlavə etmək olar.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

